Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi gəncləri təəcübləndirməyə davam edir

Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi gəncləri təəcübləndirməyə davam edir

Hazırda oxunan: Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi gəncləri təəcübləndirməyə davam edir
45424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Gənclərin Maarifləndirilməsinə Kömək"  İctimai Birliyi ilk dəfə olaraq, gənclər üçün daha rahat formada seminarlar təşkil edir. Birliyin  təşkil edəcəyi seminara gənclərimiz artıq evlərindən çıxmadan, canlı olaraq, “Skupy” vasitəsi ilə qatılma şansı əldə edəcəklər. Seminar “Zamanın Ruhu” adlanır və yüksək intelektə sahib Fərid Məhərrəmlinin təqdimatında keçiriləcək. Seminar 4 may saat 14:00 da “Af Mall” ticarət mərkəzinin 4-cü mərtəbəsində, “İnsayt” psixologiya mərkəzində keçiriləcək. Fəal olmağa can atan gənclər seminarı canlı olaraq, həm skupy, həm də həmin məkana gəlməklə də izləyə biləcəklər. Seminara skayp vasitəsi ilə qoşulan gənclər də, mövzu ətrafında istənilən sualı verib, cavabını ala biləcəklər. Bu imkanı sizə ilk dəfə olaraq, GMKİB-nin GM klubu “Bizim şüarımız sizin rahatlığınızdır” başlığı altında təqdim edir. Seminarla maraqlanan gənclər zamanlarını faydalı xərcləmək üçün gmkonlineseminar skupy ünvanımıza qoşulmaları yetərlidir. 
GMKİB-nin GM klubunun bu seminarı keçirməkdə başlıca məqsədi Azərbaycanın hüdudlarından kənarda olan Azərbaycan gənclərini də birliyin apardıqları debat və polemikalara cəlb etməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO