Qulu Məhərrəmli Cahangir Məmmədlini falçılıqda ittiham etdi

Qulu Məhərrəmli Cahangir Məmmədlini falçılıqda ittiham etdi

Hazırda oxunan: Qulu Məhərrəmli Cahangir Məmmədlini falçılıqda ittiham etdi

44411
Bir neçə gün öncə İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli Aktual.az-a cəmiyyətdə məsxərə predmetinə çevrilən açıqlamada bulunmuşdu ki, yaxın gələcəkdə siz Əli Kərimlini də, İsa Qəmbəri də İTV-nin efirində görə biləcəksiniz.
Cahangir Məmmədli politologiyaya da baş vuraraq müəyyən səbəblərə görə telekanalın ehtiyatlı davrandığını etiraf etmiş, eyni zamanda İTV-nin indiki rəhbəri Cəmil Quliyevin fəaliyyətinə də toxunmuşdu:

“Bir il ərzində İctimai televiziyaya yeni rəhbərlik gəldi. Bu dəqiqə Azərbaycanın indiki geosiyasi vəziyyətində MDB ölkələrində gedən hadisələrin fonunda bir az televiziya ilə ehtiyatlı olmaq lazımdır. Bu ehtiyatlılıq da bizim kanalda hiss olunur."

Moderator.az C. Məmmədlinin bu fikirlərinə münasibət öyrənmək üçün tanınmış media eksperti, professor Qulu Məhərrəmliyə belə məzmunlu sualla müraciət edib:
"Cəmil Quliyev İsmayıl Ömərovun dövründəki hansı boşluqları doldura bildi və İsmayıl Ömərovun yaratdığı nələri yox etdi? Cahangir Məmmədlinin "ehtiyatlılıq" fəlsəfəsinin məntiqi əsası varmı? MDB-də baş verənlərin telekanalın fəaliyyətinə nə dəxli?"

Q. Məhərrəmli isə açıqlamasında C. Məmmədlini məntiqsizlikdə və yersiz fal açmaqda qınadı:

"Mən  ara-sıra baxdığım "Carçı" informasiya proqramına əsasən deyə bilərəm ki, İTV-nin yayım siyasətində heç nə dəyişməyib. Əlbəttə, İ.Ömərovun dövlətin yaratdığı imkanlar əsasında bu telekanalı formalaşdırmaq üçün çəkdiyi əziyyəti danmaq olmaz. Eyni zamanda bu kanalın ictimai yayımın məqsədlərinə və cəmiyyətə xidmət etdiyini də demək çətindir, sadəcə maarifçi yön digər TV-lərdən daha qabarıqdır. Cəmil Quliyevin fəaliyyəti ilə bağlı nəsə deməyə çətinlik çəkirəm, hal-hazırda vaxt qıtlığı səbəbindən prosesləri ətraflı təhlil etmək imkanlarım məhduddur. O ki, qaldı Cahangir müəllimin gələcəkdə hansısa müxalifət nümayəndələrinin efirə çıxacağı barədə fal açmasına məncə, heç o özü buna inanmır və əslində reallıqda bu məsələlərin ona heç bir aidiyyatı yoxdur. Həm də belə hesab edirəm ki, indiki şəraitdə İTV və elə cəmiyyət üçün də aktual olmayan bu məsələləri geosiyasi vəziyyətlə bağlamaq sadəcə məntiqsizlikdir."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO