DİN partlayışlarla bağlı məlumat yaydı

DİN partlayışlarla bağlı məlumat yaydı

Hazırda oxunan: DİN partlayışlarla bağlı məlumat yaydı

41676

Moderator.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 13-də saat 10 radələrində Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində istifadə olunmayan yarımçıq tikilidə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə tikili dağıldığından yaxınlıqdakı ticarət obyektlərinin və yaşayış evlərinin şüşələri sınıb, Azad Möhbalıyevə məxsus “Mercedes” markalı avtomobilə qismən ziyan dəyib, xəsarət almış  Bakı şəhər sakinləri Fillurə Budaqovaya, Afiyyət İbadovaya, Tamella Səfərovaya, Şücayət Qədimovaya və Tərlan Kazımova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Fevralın 13-də saat 16 radələrində Xətai rayonu Ramiz Quliyev küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsinə məxsus çəndə qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə qaynaqçı Şamxal Orucov və fəhlələrdən Həsrət İmamverdiyev ölüb, digər fəhlə Həşim Turabova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Fevralın 13-də saat 15.40 radələrində Biləsuvar şəhərinin ərazisində yerləşən qaynaq sexində yanacaq daşıyan “KamAZ” markalı avtomobilin çənində qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə sürücü, Kəngərli rayon sakini Şaiq Cəfərli və Biləsuvar şəhər sakini Əjdər Poladov ölüb, Baloğlan Poladov xəstəxanaya yerləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO