Vidadi İsgəndərli: “Bir mübariz gənc 100 belə ziyalıya dəyər”

Vidadi İsgəndərli: “Bir mübariz gənc 100 belə ziyalıya dəyər”

Hazırda oxunan: Vidadi İsgəndərli: “Bir mübariz gənc 100 belə ziyalıya dəyər”

40909

Milli Şuranın üzvü Vidadi Mirkamalın dünən gecə saatlarında Ziyalılar Forumu barədə Moderator.az-a ilginc açıqlamasına hüquq müdafiəçisi Vidadi İsgəndərlidən maraqlı bir şərh gəlib, onu oxuculara təqdim edirik:

“Ziyalı var Azərbaycanda? Olsa-olsa beş-on sanballı ziyalı ola-olmaya. Ziyalılar ya susur, ya da qoşulub hakimiyyət korrupsionerlərinə və onların əlinə baxırlar. Azərbaycanda elə anlaşılır ki, kitab yazmaq, şeir həsr edərək hakimiyyəti tərifləmək ziyalılıqdı. Əsl ziyalı avtoritar rejimlərdə hakimiyyətin yox, xalqın yanında olub onun hüquqları uğrunda  qorxmadan mübarizə aparmalıdır. İndi qoy mənə kimsə Azərbaycanda neçə belə ziyalı olduğunu sadalasın. Bir mübariz gənc 100 belə ziyalıya dəyər. Prosesə qoşulan ziyalılar da hansısa səbəbdən mülkiyyətləri,hüquqları pozulandan sonra ziyalılıq yox, uğursuz müxalifətçilik edirlər.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO