Moderator.az-ın məlumatına görə, Yaşar Cəfərli QHT-lərin “Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” koalisiyasının prezidenti vəzifəsindən istefa verib.
Bununla bağlı Y.Cəfərli bəyanat yayıb. Bəyanatda o, bildirib ki, bu il fevralın 27-də 50 yaşı tamam olur: “Dost-tanış da bilir ki, mən təşkilat rəhbəri və koalisiya koordinatoru olaraq ictimai fəaliyyətimi 50 yaşım tamam olan gün dayandıracağımı söz vermişdim. 28 fefral 2014-cü il tarixindən etibarən “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri, QHT-lərin “Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” Koalisiyasının (“SeDEP” QHT-lər koalisiyası) prezidenti olaraq ictimai fəaliyyətimi dayandıracağımı bəyan edirəm”.
Y.Cəfərli istefa verməsinin səbəbini uzun müddət eyni işlə məşğul olması ilə izah edib.






































































































