Bunu ANS PRESS-ə açıqlamasında millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc söyləyib. O, cəbhə xəttində ermənilər tərəfindən atəşkəsin pozulmasnın Ermənistan hakimiyyətinin qərarı olduğunu söyləyib: “Bunu Ermənistanın səhra komandirlərinin öz fəaliyyəti kimi təqdim etmək olmaz”
Z.Oruc qeyd edib ki, biz hələ bunu narahatçılıqla izləyirik.
"Elə hesab edirik ki, bu vəziyyət ötüb geçəcək və hər şey əvvəlki qaydasına düşəcək. Zənn edirəm ki, ermənilərin bu planları haqqında Azərbaycanın hərbi kəşfiyyatında yetərli məlumatlar var və bu haqda ölkə rəhbərinə mütəmadi olaraq informasiyalar çatdırılır”, - deyə Zahid Oruc bildirib.
Millət vəkili Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni əsgərlərinə qarşı layiqli cavablar verilməsinin vacibliyi vurğulayıb: “Çox istərdim ki Azərbaycan Silahlı Qüvvələri ermənilərin hər bir atəşinə qarşı 3-4 qat artıqlığı ilə cavab versinlər. Biz nəhayət bilməliyik ki, hər hansı bir kompromiss axtarmaqla beynəlxalq qüvvələrin diqqətini bu məsələyə cəlb edə bilmərik".
O, sonda cəmiyəti və siyasi partiyaları səngərdə olan əgərlərimizlə həmrəy olmağa səslədi.






































































































