AXCP funksioneri Mirzə Sakitin “quruldayan qurbağa” atmacasına cavab verdi

AXCP funksioneri Mirzə Sakitin “quruldayan qurbağa” atmacasına cavab verdi

Hazırda oxunan: AXCP funksioneri Mirzə Sakitin “quruldayan qurbağa” atmacasına cavab verdi

40330

İki gün öncə Mirzə Sakit mətbuata açıqlamasında “Milli Şuraya “Yasin” oxusunlar” deməklə kifayətlənməyərək AXCP-ni də ittiham etmişdi. O həm Əli Kərimlinin, həm də təşkilatın mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğluna tikanlı sözlər demişdi: “Bir də görürsən ki, skandal yarananda mətbuat xidmətinin rəhbərini  “Troya atı” kimi qabağa verirlər. Amma qarşı tərəf baxır ki, həmin “Troya atı”nın içindən silahlı əsgərlər yox, quruldayan qurbağalar tökülüşürlər.”

Natiq bəysə Moderator.az-a açıqlamasında şairin onu “quruldayan qurbağa” adlandırmasına təmkinli reaksiya bildirərək hətta onun haqqında bir orijinal arzuda da bulundu:

 “Mən Mirzə Sakiti ciddiyə almıram. O “Azadlıq” qəzetindən “donos” yazdığına görə doğma qardaşı Qənimət Zahidin əmri ilə işdən çıxarılıb. İşdən də çıxıb Avropaya qaçıb. Məncə o həyatın xoş məcrada davam etdirsin, yersiz, mənasız söz atmaların tərgitsin. Yazı-pozu ilə məşğul olub Avropada kitab çıxarsın və mən ona Nobel mükafatı almaq arzulayıram.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO