Nərgiz Hacıyevə və Elmar Hacıyevin ölümü ilə bağlı istintaq davam edir

Nərgiz Hacıyevə və Elmar Hacıyevin ölümü ilə bağlı istintaq davam edir

Hazırda oxunan: Nərgiz Hacıyevə və Elmar Hacıyevin ölümü ilə bağlı istintaq davam edir

39802

Yanvarın 11-də saat 15 radələrində Nizami rayonu, Babək prospekti ilə İ.Məmmədov küçəsinin kəsişdiyi ərazidə iri gövdəli ağacın oradan keçən piyadalar - 1968-ci il təvəllüdlü Nərgiz Hacıyeva və onun azyaşlı oğlu Elmar Hacıyevin üstünə aşması nəticəsində xəsarət alaraq hadisə yerində ölmələri faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Moderator.az-ı Bakı Şəhər Prokurorluğu məlumatlandırıb. Məlumata görə, iş üzrə rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, hadisənin baş vermə səbəblərini müəyyən etmək məqsədilə məhkəmə-bioloji eskpertizası təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

Hazırda istintaq davam edir.

 

Şamil


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO