Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev azadlığa çıxandan sonra ilk dəfə oğlu Yusiflə görüşüb. Virtualaz.org-un məlumatına görə, bunu “Media forum” saytına Fərhad Əliyevin yaxınları bildiriblər.
Məlumata görə, görüş Böyük Britaniyanın London şəhərində baş tutub. Fərhad Əliyev ora xanımı ilə birlikdə gedib.
Yaxınlarının dediyinə görə, Fərhad Əliyevin oğlu Yusif London İqtisadiyyat Məktəbində təhsil alır, bu məktəbdə isə təhsil intensiv keçirildiyi üçün sabiq nazir azadlığa çıxandan sonra oğlu Bakıya gələ bilməyib, ona görə də Fərhad Əliyev övladını görmək üçün Londona getməli olub.
Ailənin Bakıya nə vaxt dönəcəyi haqda məlumat verilməyib.
Onu da qeyd edək ki, əvvəlcə F.Əliyevin Almaniyaya getdiyi barədə məlumat yayılmışdı.


































































































