Rusiyalı milyarder, “Cyberus” kibertəhlükəsizliyin inkişafı fondunun həmtəsisçisi Yuri Maksimov demək olar ki, kitab oxumadığını etiraf edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə Mixail Xomiçə YouTube-da yayımlanan “Ekspert.Media” kanalına müsahibəsində danışıb.
Maksimov bildirib ki, başqa insanların bilikləri bəzən insanın öz düşüncə tərzinin formalaşmasına mane ola bilər.
“Bunu demək ayıbdır, amma mən demək olar ki, kitab oxumuram. Cəhd etmişəm, amma hiss edirəm ki, kitablar məni öz düşüncə tərzimdən uzaqlaşdırır”, - deyə milyarder bildirib.
Onun sözlərinə görə, onun üçün əsas məsələ sadəcə bilik toplamaq deyil, həmin bilikləri anlamaq və onlar arasında məntiqi əlaqələr qurmaqdır.
Maksimov qeyd edib ki, bir çox insanlarda, xüsusilə də sahibkarlarda praktikada tətbiq olunmayan öyrənilmiş məlumatlar səthi olaraq qalır və yalnız şəxsi təcrübə ilə təsdiqlənəndən sonra “işləməyə” başlayır.
“İdeyanı yenidən düşünən insan ondan sadəcə oxuyan şəxsdən tamamilə fərqli şəkildə istifadə edir”, - deyə o əlavə edib.
Milyarder, həmçinin kitab oxumağa çalışdığını, lakin buna qarşı daxilində bir müqavimət hiss etdiyini bildirib. Audiokitablara qulaq asarkən isə mövzunun xəttini itirdiyini deyib.
Bununla belə, Maksimov bəzən bədii ədəbiyyata müraciət etdiyini də vurğulayıb. Onun son oxuduğu əsərlərdən biri Lyu Sısinin “Üç cismin problemi” romanı olub. Ən sevdiyi kitab isə Struqatski qardaşlarının “Yol kənarında piknik” əsəridir.
Məlumata görə, 48 yaşlı Yuri Maksimov Rusiyanın ən uğurlu İT sahibkarlarından biridir. O, Positive Technologies şirkətinin və “Cyberus” fondunun həmtəsisçisidir.
2024-cü ildə o, Forbes siyahısına proqramçılar arasında üçüncü dollar milyarderi kimi daxil edilib. Sərvətinin 1,2 milyard dollar olduğu bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:21 / 23.04.2026
Milyarder etiraf etdi: Kitab oxumuram, çünki insanı öz düşüncə tərzindən uzaqlaşdırır
Hazırda oxunan: Milyarder etiraf etdi: Kitab oxumuram, çünki insanı öz düşüncə tərzindən uzaqlaşdırır
Hazırda oxunan: Milyarder etiraf etdi: Kitab oxumuram, çünki insanı öz düşüncə tərzindən uzaqlaşdırır
608891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































