Əcəmidə məişət pozğunluğu tüğyan edir

Əcəmidə məişət pozğunluğu tüğyan edir

Hazırda oxunan: Əcəmidə məişət pozğunluğu tüğyan edir

36763

 Əcəmi kimi tanınan 2-ci mikrorayon ərazisində məişət pozğunluğu baş alıb gedir. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, havanın qaralması ilə ərazidəki “Çudo peçka” yaxınlığındakı dayanacağa yığışan bir qrup əxlaqsız qadın hər kəsin gözü qarşısında müştərilərlə sövdələşmə aparır, əxlaqsız davranışları ilə diqqət çəkirlər:  “Sərnişinlər üçün nəzərdə tutulan dayanacağın qarşısına toplanan bu qadınların geyimi, danışıq və davranışı ətrafdakı insanların ikrah və qəzəbinə səbəb olur. Çevrədəki insanlara, ictimai əxlaq qanunlarına əhəmiyyət vermədən özlərini son dərəcə sərbəst aparan bu qadınlar yaxınlıqdakı insanlara yaxınlaşaraq onlara öz xidmətlərini təklif edir, ictimai qınağa əhəmiyyət vermirlər. Mövcud tendensiya ərazidə məskunlaşan vətəndaşların da ciddi narahatlığına səbəb olmaqdadır. Sakinləri ən çox narazı salan məqam isə baş verənlərə hüquq-mühafizə orqanı əməkdaşlarının müdaxilə etməməsidir. Vətəndaşlar hesab edir ki, ərazidə xidmət çəkən hüquq-mühafizə orqanı əməkdaşlarının bu prosesə müdaxilə etməməsinin özü ciddi qanun pozuntusu hesab edilməlidir”.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO