Azərbaycanda hərbi xidmətlə bağlı qərar dəyişdirildi

Azərbaycanda hərbi xidmətlə bağlı qərar dəyişdirildi

Hazırda oxunan: Azərbaycanda hərbi xidmətlə bağlı qərar dəyişdirildi

35947
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə Nazirlər Kabinetinin 2013-cü il 2 oktyabr tarixli qərarı ilə etdiyi dəyişikliklər barədə açıqlama yayıb. 

Moderator.az -ın məlumatına görə, xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirilib ki, Nazirlər Kabinetinin Əsasnamədə etdiyi dəyişikliklər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması) aparılıb.

Qanunun 20.2-ci bəndində göstərilib: “Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir”. Əsasnamənin 2008-ci il 29 fevral tarixli variantında 2.9-cu bəndində göstərilib: “İlkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılır”. “3 aydan 12 aya qədər olan müddətə” cümləsi yeni variantda “hər dəfə 1 ildən artıq olmamaq şərti ilə” cümləsi ilə əvəz edilib.

Qanunun 20.3-cü bəndinin tələbinə əsasən “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər”. Yəni, Əsasnaməyə edilən dəyişiklik “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilərək ehtiyata keçirilən vətəndaşların hər il müayinədən keçirilməsi demək deyildir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də 2013-cü il 2 oktyabr tarixli dəyişikliklər “hərbi xidmətə müvəqqəti yararsızdır” kateqoriyasına aid edilən şəxslərə şamil edilir.

Əsasnaməyə digər dəyişikliyə görə çağırış komissiyalarının tərkibinə psixoloqun əlavə edilməsi çağırışçıların mənəvi-psixoloji durumunu daha dərindən öyrənib qiymətləndirilməsi məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO