NİDA-çı gənclərin məhkəməsi başlayır

NİDA-çı gənclərin məhkəməsi başlayır

Hazırda oxunan: NİDA-çı gənclərin məhkəməsi başlayır

35352
Bakı Ağır Cinayətlər məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Nida” Vətəndaş Hərəkatı və “Azad Gənclik” Təşkilatının həbsdə olan üzvlərinin cinayət işi üzrə məhkəmə prosesləri başlayır.
Məhkəmədən "Turan"a verilən məlumata görə,  hazırlıq iclası oktyabrın 28-nə təyin edilib.
Hazırda “NİDA”nın 7üzvü həbsdədir. Onlara qarşı “Əsgər ölümünə son” 10 mart aksiyası ərəfəsində aksiyada istifadə üçün “Molotov kokteyli” hazırlamaqda ittihamı irəli sürülüb. 
Bu ittihama əsasən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. 
“NİDA” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.
İstintaq dövründə isə onlara qarşı əlavə olaraq cinayət məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub. 
“Amnesty İnternational” beynəlxalq hüquq təşkilatı bu müttəhimlərin hamısnı “vicdan məhbusu” elan edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO