Şəmkirdə qadın sürücü avtomobili aşırdı - TƏFƏRRÜAT

Şəmkirdə qadın sürücü avtomobili aşırdı - TƏFƏRRÜAT

Hazırda oxunan: Şəmkirdə qadın sürücü avtomobili aşırdı - TƏFƏRRÜAT
274009
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəmkirdə xəsarətlərlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət avtomobil yolunun Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində baş verib.

Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Nərgiz Rəhman qızı İsmayılova idarə etdiyi "Toyota Prius" markalı avtomobili aşırıb.

Qəza zamanı sürücü, o cümlədən sərnişinlər, Bərdə rayon sakinləri, 1995-ci il təvəllüdlü Bayramov Seymur Akif oğlu, 1964-cü il təvəllüdlü Mirzəyeva Cəmilə Tapdıq qızı, 2014-cü il təvəllüdlü Bayramzadə Mələk Seymur qızı, 2016-cı il təvəllüdlü Bayramzadə Aysel Seymur qızı və 2019-cu il təvəllüdlü Bayramzadə Yusif Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
 

Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan ambulator müalicə üçün evə buraxılıblar.


Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO