Zərdabda maşında dünyaya gələn körpənin SON DURUMU - FOTO

Zərdabda maşında dünyaya gələn körpənin SON DURUMU - FOTO

Hazırda oxunan: Zərdabda maşında dünyaya gələn körpənin SON DURUMU - FOTO
272558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Zərdabda doğuş sancısı tutan qadın körpəsini avtomobildə dünyaya gətirib.

Məsələ ilə bağlı Zərdab rayon Mərkəzi Xəstəxanasından Bizim Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 25.09.2025-ci il tarixində 10:30 radələrində 2001-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə əlaqədar Zərdab Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə müraciət edib:

“Doğuş prosesi yolda olarkən anidən başladığından proses Doğum şöbəsinin həkim heyəti tərəfindən tibb müəssisəsinin həyətində tamamlanıb.

Qadının 4-cü hamiləliyindən boyu 46 sm, çəkisi 2 kq. 300 qram oğlan övladı dünyaya gəlib. 
 

Tibb müəssisəsinin Doğuş şöbəsində yerləşdirilən zahı qadına və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Zahı qadından və körpədən lazımi laborator analizlər götürülüb, ultrasəs müayinəsinə (USM) cəlb olunub və hər ikisinin vəziyyəti nəzarətdə saxlanılır.


Ana və körpənin müalicələri müvafiq şöbədə davam etdirilir, hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir”, - məlumatda bildirilib.

Zərdabda maşında dünyaya gələn körpənin SON DURUMU - FOTO - foto 1
Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO