QAT növbəti Qarabağ konfransını keçirdi
  -FOTOLAR

QAT növbəti Qarabağ konfransını keçirdi -FOTOLAR

Hazırda oxunan: QAT növbəti Qarabağ konfransını keçirdi -FOTOLAR

271972

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində 18-ci “Qarabağ dünən, bu gün və sabah” elmi –praktiki konfransı keçirilib. Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova konfransı giriş sözü ilə açıb və konfransaxa0 moderatorluq edib. QAT sədri Akif Nağı konfransın məqsəd və məramı ilə bağlı məlumat verib: “Artıq 18-ci ildir ki, konfransımızı keçiririk. Bu vaxta qədər bu konfrans çərçivəsində Qarabağın tarixi, mədəniyyəti, münaqişənin həlli yolları və digər məsələlərə dair tarixçi, filosof, hüquqşünas, politoloq, iqtisadçı, filoloq alimlərin 700-dən artıq məqalələri toplanıb, konfransda dinlənib və kitab şəklində çap olunub. Bu ilki konfransa 36 məqalə, o cümlədən, İran və Litvadan yazılar təqdim olunub. Konfransın məqsədixa0 Qarabağa dair daha çox tədqiqatların aparılması, elmi araşdırmaların həvəsləndirilməsi, Qarabağ həqiqətlərinin təbliği və dünyaya çatdırılmasıdır”.
Sonra konfrans iştirakçıları Əli Abasov, Firdovsiyyə Əhmədova, Güntəkin Nəcəfli, Asya Əhmədova, Elmira Təhməzova, Hənifə Səlifova, Mərziyyə Nəcəfova, Şamil Mehdi, Nazim Tapdıqoğlu, Rəsmiyyə Qarayeva, Tofiq Həsənov və digərləri məruzələrlə çıxış ediblər, məruzələr dinlənilib, müzakirələr aparılıb. Sonda konfransa təqdim olunmuş məqalələrin daxil edildiyi “Qarabağ dünən, bu gün və sabah” kitabı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO