“Azərsu”ya müraciət edənlərin sayı  AÇIQLANDI

“Azərsu”ya müraciət edənlərin sayı AÇIQLANDI

Hazırda oxunan: “Azərsu”ya müraciət edənlərin sayı AÇIQLANDI

265417

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştərixa0 xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığınxa0 artırılmasını təmin edir. Əvvəlki dövrlərdə olduğu kimi 2019-cu ilin birinci rübündə də bu mərkəzlərə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı edilən müraciətlərin sayı artıb.

xa0

Moderator.azxa0xəbər verir ki, 2019-cu ilin yanvar-mart aylarında “ASAN xidmət” və “ASAN Kommunal”xa0 mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-ninxa0 xidmət bölmələrinəxa0 vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26850 müraciət edilib. Daxil olmuş müraciətlərinxa0 13182-i “ASAN xidmət”,xa0 13668-ixa0 isə “ASAN Kommunal”xa0 mərkəzlərində qeydə alınıb.xa0 Vətəndaşlar xidmət bölmələrinə daha çox ödənişlər haqqında məlumatların verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı müraciətlər edib.

xa0

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal”xa0 mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 220 minədək xa0müraciət daxil olub.

xa0

Hazırda “Azərsu” ASC-nin xidmətlərixa0 Bakı şəhəri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki xa0“ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal”xa0 mərkəzlərində təşkil olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO