
- A-
- A
- A+
Cəmiyyət
22:27 / 21.02.2019
2 dəq oxunma
“Söhrab Tahirin bu əsəri Azərbaycan ədəbiyyat tarixinin ən böyük poetik əsəridir” Nəsibə Tahiri
Hazırda oxunan: “Söhrab Tahirin bu əsəri Azərbaycan ədəbiyyat tarixinin ən böyük poetik əsəridir” Nəsibə Tahiri
259892
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İki gün öncə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Şöhrət” ordenli xalq şairi mərhum Söhrab Tahir Azər-Azərin “Ata” poema-eposunun təqdimat-müzakirə tədbiri keçirilib.
Qeyd edək ki, tədbiri giriş sözü ilə Azərbaycan YB-nin birinci katibi, xalq şairi Fikrət Qoca açıb. Daha sonra Azərbaycan AYB-nin katibi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin prezidenti, xalq yazıçısı Çingiz Abdullayev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı, DAMM İB-nin I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyası İH-nin sədri Rasim Məmmədov, “Şur” nəşriyyatının direktoru Musa Ələkbərli, görkəmli tarzən, Azərbaycanın xalq artisti Ramiz Quliyev, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri, şair Sayman Aruz, Söhrab Tahirin qızı, Azərbaycan YB-nin üzvü, yazıçı-publisist Nəsibə Tahir Anadil mərhum xalq şairi və onun “Ata”eposu barəsində danışıblar.
Şairin qızı, yazıçı Nəsibə Tahir Anadil Moderator.az-açıqlamasında Sabir Rüstəmxanlıya, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, qonaqlara atasının xatirəsini yad edib belə möhtəşəm tədbir təşkil etdikləri üçün təşəkkür edib:
““Ata” poema-eposundan söhbət açaraq qeyd etdi ki, əsərdə on min il əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayıb yaradan, dəyişib, lakin varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusilə Azərbaycan xalqının eramızın əvvəllərinə qədərki həyat məişətinin bədii-tarixi təsvir edib. “Ata” xalq danışıq dilində yazıldığı üçün burada demək olar ki, fars və ərəb sözləri işlənmir. Əsər Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran, Ərəb və bir sıra Avropa ölkələri alimlərinin tarixi sənədləri və tarixi fikirlərinə əsaslanıb.xa0
Poema-epos Oğuz şeirinin ən qədim forması olan - qoşma şəklində yazılmış, ümumilikdə 2048 səhifə təşkil edir. Əsər VI giriş, XIII bölmədən ibarətdir. Bölmələr isə ümumilikdə 46 qapını, qapılar 296 söylənci özündə cəmləşdirir. “Ata” poema-eposu Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab olunur və Söhrab Tahirin sayca 58-ci poemasıdır ki, bunun özü də ədəbiyyatımızda yeganə haldır”.xa0
Ülviyyə Qarayeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün




























































































