“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İB maarifləndirici tədbirlər keçirdi

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İB maarifləndirici tədbirlər keçirdi

Hazırda oxunan: “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İB maarifləndirici tədbirlər keçirdi

259476

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənini, özünü, ailəni düşün, Sağlam Yaşa!” adlı layihə çərçivəsində Tərtər rayonunun 2 və 6 nömrəli tam orta məktəblərində, Qaradağlı və Kəngərli kənd tam orta məktəblərində, Bərdə rayonunun 3, 4, 5 və 7 nömrəli tam orta məktəblərində “Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirmişdir.



Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, Tərtər və Bərdə rayon İcra hakimiyyətlərinin, rayonların təhsil şöbələrinin, gənclər və idman idarələrinin nümayəndələri, məktəb direktorları, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər. Çıxış edənlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.

Bildirilmişdir ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra problemlər kimi, narkotizm probleminin üzərindən də pərdələr götürülmüş və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətdə yeni mərhələ başlanılmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.

Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən müəllim və yuxarı sinif şagirdlərinə İctimai Birlik tərəfindən hazlrlanmış maarifləndirici buklet, dəftərxana ləvazimatları (qələm, dəftər, karandaş, xətkeş, pozan, karandaş yonan) paylanmışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO