“O zaman dostlarımdan üstün olduğumu gördüm”  - General Mehdiyev

“O zaman dostlarımdan üstün olduğumu gördüm” - General Mehdiyev

Hazırda oxunan: “O zaman dostlarımdan üstün olduğumu gördüm” - General Mehdiyev
258463
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Türkiyədə universitetdə təhsil almaq o zaman hər bir azərbaycanlı gəncin arzusu idi”.

Moderator.az xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib.

Tələbəlik illəri və Türkiyədə aldığı təhsilin həyatına qatdığı töhfələrdən söz açan general mərhum prezident Heydər Əliyevin vasitəsilə Naxçıvan Muxtar Respublikası üçün ayrılan kvotadan yararlanaraq Türkiyədə təhsil almaq şansı əldə etdiyini söyləyib.

“Türkiyədə universitetdə oxumaq o zamanlar hər bir azərbaycanlı gəncin arzusu idi. Türkiyədə Sovetlər Birliyinin son illərdə pozulmuş təhsil sisteminin əksinə olaraq tam şəffav bir təhsil sistemi ilə qarşılaşmışdım.

Tətildə Azərbaycana qayıdanda liseydəki sinif yoldaşlarımla görüşdüm. O zaman özümün dünyagörüşü və bilgi baxımından dostlarımdan üstün olduğumun fərqinə vardım. Bunu da sadəcə bir illik Türkiyə təhsili sayəsində əldə etmişdim”.

S. Mehdiyev istənilən uğurun əldə edilməsində doğru təhsilin əsas şərt olduğunu vurğulayıb:xa0

“Türkiyə vətənpərvər olaraq yetişməyimdə də böyük rol oynayıb. Burada aldığım təhsil həyatımda böyük irəliləyişlərə səbəb olub, bu gün vəzifəyə gəlməyimdə, karyeramda mənə qapı açıb, həyata baxış nöqtəmi dəyişib”.

Qeyd edək ki, Türkiyə 1992-ci ildə Orta Asiya Türk Cümhuriyyətləri ilə birlikdə Böyük Tələbə Layihəsini həyata keçirib.xa0

Layihə çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 2 min tələbə Türkiyədə müxtəlif universitetlərə yerləşdirilərək dövlət hesabına təqaüdlə təhsil alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO