Tabeliyində olanlara haqsız qəzəblənmək -  alçaqlığın nişanəsidir...

Tabeliyində olanlara haqsız qəzəblənmək - alçaqlığın nişanəsidir...

Hazırda oxunan: Tabeliyində olanlara haqsız qəzəblənmək - alçaqlığın nişanəsidir...

254215

Həzrət Peyğəmbər (s) buyurur: “Bilin ki, ən üstün insanlar o kəslərdir ki, gec qəzəblənər və tez razı olarlar”.

xa0

Həzrət Peyğəmbər (s) buyurur:xa0“Qəzəb – şeytandan və şeytan da atəşdən xəlq olmuşdur. Atəş su ilə sönər. Ona görə də nə zaman sizlərdən biriniz qəzəblənsəniz, dəstəmaz alın”.

xa0

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “İgidlik odur ki, kimsə qəzəblənər və qəzəbi şiddətlənər, üzü qızarar və tükləri titrəyər – ancaq öz qəzəbini yatızdırar”.

xa0

İmam Əli (ə) buyurur:xa0“Qəzəb – çox pis yoldaşdır. Eyibləri aşkar edər, pislikləri yaxınlaşdırar və yaxşılıqları uzaqlaşdırar”.

xa0

İmam Əli (ə) buyurur: “Ən güclü insan o kəsdir ki, qəzəblənməz”.

xa0

İmam Sadiq (ə) buyurur:xa0“Hər kim qəzəblənən zaman özünü kontrol etməzsə - bizdən deyildir”.

xa0

İmam Sadiq (ə) buyurur: “Hər kim sənə üç dəfə qəzəblənərsə, ancaq sənə pis söz deməzsə - onu özün üçün dost seç”.

xa0

İmam Sadiq (ə) buyurur:xa0“Mömin o zaman ki, qəzəblənər – qəzəbi onu haqdan çıxartmaz. O zaman ki, razı olarsa – razılığı onu batilə tərəf çəkməz. Əgər qüdrət əldə edərsə - öz haqqından çoxunu götürməz”.

xa0

Həzrət Peyğəmbər (s) buyurur: “Bilin ki, qəzəb – o insan qəlbinə düşən bir parça atəşdir. Məgər qızarmış gözlərini və boynunun damarlarını görməmisinizmi? Hər kim belə hisslər keçirər, torpağın üzərində əyləşsin”.

xa0

İmam Hadi (ə) buyurur:xa0“Əlinin altında olanlara haqsız qəzəblənmək – alçaqlığın nişanəsidir”.

xa0

İmam Əli (ə) buyurur: “Qəzəblə tərbiyə (mümkün) deyildir”.

xa0

Həzrət Əli (ə) başqa yerdə buyurur:xa0“Səbir, qəzəb atəşini yatızdırar və kobudluq isə onu şölələndirər”. (Beytutə)

xa0

İmam Əli (ə) buyurur: “Həsəd aparan tez qəzəblənər və kini qəlbindən gec gedər”.

xa0

İmam Sadiq (ə) buyurur:xa0“Heç bir bəndə öz qəzəbini yatızdırmaz, məgər o halda ki, Allah Təala dünya və axirətdə onun izzətini artırar”.

xa0

/Deyerler.org/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO