“Hələ çap olunmayan o qədər şeirlərim var ki, bu gün onlarla məşğulam”

“Hələ çap olunmayan o qədər şeirlərim var ki, bu gün onlarla məşğulam”

Hazırda oxunan: “Hələ çap olunmayan o qədər şeirlərim var ki, bu gün onlarla məşğulam”

247284
“Bir müddət əvvəl öz yeddi cildliyimi hazırladım və onlarxa0 çap olundu. O külliyyatdan sonra, indi çap olunmayan şeirlərimdən ibarət kitabımı çapa hazırlayıram. Amma tək o deyil, başqa çap olunmayan poema, şeirlər və digər ədəbi materiallarıxa0 cəmləyib, bir neçə kitabda çap etdirmək fikrindəyəm. Gördüyüm işlər bunlardı. Ümumiyyətlə, mənim o qədər çap olunmayan yazı-şeirlərim var ki...”

Bunu Moderator.az-a açıqlamasında çağdaş Azərbaycan poeziyasının ən tanınmış simalarından olan, Xalq şairi, Əməkdar İncəsənət Xadimixa0 Nəriman Həsənzadə deyib.xa0

Hazırda 87 yaşı olan Xalq şairi bu gün də aktiv elmi və bədii yaradıcılıqla məşğul olduğunu, çap olunmayan poema və şeirlərini kitablaşdırmaq istədiyini bildirib. Açıqlamasında qocaman Xalq şairinin bu günxa0 də necə məhsuldar işlədiyini anlamaq heç də çətin deyil:
“Şair-yazıçı hər zaman yazır, o, ömrünün sonuna qədər mütləq işləməlidir. Mən bu gün də çox aktiv yaradıcı fəaliyyətlə məşğulam. Tarixi mövzuda iki poema yazmışam. Onları da çapa göndərəcəyəm. Həm mətbuatda, həm də kitab halında işıq üzü görəcək. Poemalarımdan birixa0 “Mübarizə” adlanır. Tarixi-qəhrəmanlıq mövzusundadır. İstəyirəm, “Ədəbiyyat qəzeti”nəxa0 göndərim. Çap olunmayan başqa şeirlərim də var ki, onları da “525-ci qəzet”ə yollayacağam”.

Sonda səhhətindən danışan Nəriman Həsənzadə hər şeyin qaydasında olduğunu, bu mövzuda heç bir problemin olmadığını qeyd edib.

Xatırladaq ki, Nəriman Həsənzadə 1931-ci ildə Ağstafada anadan olub. Bir çox mötəbər mükafat və fəxri adlara layiq görülüb. 10-dan çox poemanın və xeyli şeirlər kitabının müəllifidir.xa0

2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO