Ziya Məmmədov danışdı:

Ziya Məmmədov danışdı: "Mənə böhtan atırlar..."

Hazırda oxunan: Ziya Məmmədov danışdı: "Mənə böhtan atırlar..."

243298
"Mətbuatda mənim haqqımda yazılan məlumatlar kökündən yanlışdır. Mən bu məsələlərlə heç maraqlanmıram da”.
xa0
Moderator.azxa0xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında sabiq Nəqliyyat naziri Ziya Məmmədov söyləyib.
xa0
Onun sözlərinə görə, onun haqqında dəfələrlə saxta xəbərlər yayılsa da, indiyə qədər heç birinə əhəmiyyət verməyib: "Çünki yalan yazırlar, böhtan atırlar. Ciddi media qurumları bu işlə məşğul olmamalıdır. Niyə bunu yazırlar, onu onların özündən soruşmaq lazımdır. Bunu məndən niyə soruşursuz, onlardan soruşun ki, niyə böhtan yazırlar?"
xa0
"Hazırda nə işlə məşğul olursuz və ölkədən getmək fikriniz var mı? sualına isə keçmiş nazir belə cavab verib: "İndi istirahət edirəm və heç hara getmək fikrim yoxdur”.
xa0
Xatırladaq ki, son günlər dövrü mətbuatda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun milyardlarının müsadirə olunacağı ilə bağlı məlumatlar yayılıb. Həmin informasiyalarda iddia olunur ki, bundan narahat olan keçmiş nazir ölkəni tərk etməyə hazırlaşır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO