Binəqədidə evlər su altında qaldı - VİDEO

Binəqədidə evlər su altında qaldı - VİDEO

Hazırda oxunan: Binəqədidə evlər su altında qaldı - VİDEO
241637
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Binəqədi rayonu, Gülüstan qəsəbəsi, 15 ünvanındakı evlər 4 gündür ki, suyun içərisindədir.

Bizim.Media Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, suyun həyətlərə, evlərə dolmasına səbəb kortəbii şəkildə çəkilmiş kanalizasiya xətlərinin axarının olmamasıdır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Sakinlər primitiv üsullarla xətlər çəkiblər. Elə buna görə də, ərazidə tullantı suları formalaşır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sisteminin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Qurumdan o da qeyd edilib ki, fevral ayından su və kanalizasiya təchizatına qoşulmaq üçün yeni qaydalar tətbiq edilir. Bu qaydalara uyğun olaraq təchizat sisteminə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə "ASAN xidmət, "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidirlər.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO