ADPU-da təkrar ali təhsil almaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi  -FOTOLAR

ADPU-da təkrar ali təhsil almaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi -FOTOLAR

Hazırda oxunan: ADPU-da təkrar ali təhsil almaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi -FOTOLAR

239458

Sentyabrın 8-də 2018-2019-cu tədris ilinə hazırlıq planına uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetdə (ADPU) təkrar ali təhsil almaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib. Görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov,ADPU-nun fakültə dekanları, kafedra müdirləri, Davamlı təhsil və təlim şöbəsinin əməkdaşları, həmçinin 80 nəfər təkrar ali təhsil üçün sənəd vermiş şəxs iştirak ediblər.xa0

Tədbiri Davamlı təhsil və təlim şöbəsinin müdiri, dosent İsrayıl İsgəndərov açaraq görüşün keçirilməsinin məqsədi, ADPU-da əlavə təhsil sahəsində görülən işlər və mövcud vəziyyət, ADPU-nun daxili qaydaları və s. barədə ətraflı məlumat verib.xa0
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov tədbir iştirakçılarını yeni tərdis ilinin başlanması münasibətilə təbrik edib, Azərbaycanda son illər təhsil sahəsində aparılan islahatlar, o cümlədən pedaqoji kadr hazırlığı və yenidənhazırlanma təhsili sahəsində aparılan islahatlar, bu islahatlar nəticəsində qazanılmış uğurlar barədə ətraflı məlumat verib.xa0
Tədbirin sonunda təkrar ali təhsil üçün müraciət etmiş şəxslərin sualları cavablandırılıb.


Mensur

MensurMensur


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO