Bakı şəhərində parklanmalarla bağlı çox böyük boşluqlar var.xa0
Moderator.az-ın əməkdaşı sürücülərin bu məsələyə etirazından sonra problemi araşdırmağa başlayıb. Araşdırma zamanı məlum olub ki, Nərimanov parkı ətrafında və 28 May metrosunun qarşısında dayanacaqlarda sürücüləri aldatmaqla rüşvət alırlar.xa0
Nərimanov parkının ətrafında sürüclər avtomobili dayanacaqda saxlamaq üçün bir saata 1 AZN pul ödəyirlər. Müşahidələrimiz zamanı məlum oldu ki, bunu isə sürücülər xüsusi aparatlara yox, birbaşa avtodayanacaq işçisinə ödəyirlər. Əvəzində isə dayanacaq işçisi əlindəki xüsusi aparatla sürücüyə 1 AZN məbləğində qəbz təqdim edir. Bununla dayanacaq rəhbərliyi rüşvət almadığını sübut etməyə çalışsa da, əslində bu yalandır.xa0 Onlar işlərini bu cür qurmaqla sürücülərin fikrini yayındırmaq istəyirlər. Amma bunun doğru olmadığını bilən sürücülər də var.xa0

Adının çəkilməsini istəməyən dayanacaq işçisi əvvəlki aparatların işləməmə səbəbini bilmədiyini dedi. Əvəzində isə əlindəki aparatla sürücülərə hər saat üçün 1 AZN ödənməklə qəbz verdiklərini bildirdi. Dayanacaq işçisi söhbəti zamanı iddia etdi ki, bu aparatla köhnə aparatlar arasında elə bir fərq yoxdur. Amma bu fərqi biz bilirik. Əvvəlki aparatlarda pul dayanacaq işçisinə yox, aparata ödənilirdi. İndi isə ödənişlər aparata yox, dayanacaq işçisinə ödənilir. Dayanacaq işçisi başqa heç bir məlumata malik olmadığını bildirdi.xa0

Məsələylə bağlı Nəqliyyat eksperti Ərşad Hüseynova müraciət etdik. Ə.Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, dayanacaqlarda hələki pərakəndəlik var:xa0

“Bu gün dayanacaqlarda çoxlu problemlər var. Nazirlər Kabineti parklanma yerlərində istifadə haqlarını təsdiq etməyib. Hazırda parklanma yerlərinin təhvil-təslimi gedir. Onlar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir. Bu təhvil-təslimdən sonra konkret olaraq bilinəcək ki, dayanacaqlarda ödəniz necə olmalıdır. Hüquqi məsələlər həll olunmamış bu cür ödənişlər düzgün deyil. Dayanacaqlarda pərakəndəlik var. Yaxın gələcəkdə bu məsələlərə aydınlıq gətirilib istifadə qaydaları təsdiq olunmalıdır. Dayanacaqlarda ilk 15 dəqiqə pulsuzdur. Xüsusən dövlət orqanları adından xidmət göstərən hansısa bir qurumun nəğd şəkildə pul almasının özü bir qüsurdur”.xa0

Vasif Əlihüseyn







































































































