Bu gün Qədr gecəsinin ehtimal olunduğu ikinci əhyaxa0 gecəsidir. Qədr gecəsi bütün müqəddəs kitabların nazil olması ilə mötəbərdir. Yeri gəlmişkən, qeyd edək ki, sonuncu səmavi kitab olan “Quran”, özündən əvvəlki peyğəmbərlərə gələn kitabları təsdiq etməklə yanaşı, özü-özünü də (öz doğruluğunu) riyazi cəhətdən təsdiq edir. Bunu təsdiq edə düsturların bir qismini əvvəlki yazılarımızda açıqladıqxa0
(bax: //www.moderator.az/news/227527.htmlxa0
xa0Bu yazımızda isə, İbrahim Xəlilullahın adına olan surənin 14 ədədi ilə nömrələnməsinin sirlərindən (hikmətindən) bəhs edəcəyik.
Xatırladım ki, Qurandaxa0 “İbrahim” surəsi 14 ədədixa0 iləxa0 nömrələnib.xa0 Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi.xa0
Araşdırmalarımız göstərir ki,xa0 xa014 ədədi Allahın Öz adına olan “Rəhimli Allah” surəsinə bağlanır və “Quran”da çox böyük tarazlıq (balans) yaradır. Bunu sübut edən hesablamanı diqqətinizə çatdırırıq:
xa0"Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır).
Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var).
Beləliklə,xa0 “Quran”da 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsinixa0 (kodunu)xa0 göstərir:
55xa0 -xa0 41 = 14
Alınan 14 ədədixa0 həm dəxa0 İbrahim Xəlilullahın Peyğəmbərliyinin riyazi sübutudur.xa0
Nuşirəvanın sarayından niyə məhz 14 sütun uçdu?xa0
Diqqətinizi daha bir maraqlı və hikmətli fakta cəlb etmək istəyirəm. Belə ki,xa0 Məhəmməd əleyhissəlam dünyaya təşrif gətirən gecəsi fars hökümdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu.
Bu hadisəni şərh etmək üçün saraya yığılan kahinlər və bilicilər şaha belə izah etdilər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir. Çox keçmədi ki, verilmiş proqnoz özünü döğrultdu və sasanilər dövləti süqut etdi.
Yuxarıda qeyd etdiyimxa0 kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən Yerdə xeyirlə şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası tarazlığı bərpa etməkdən ibarət olur.
xa0Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Hər gün yüzlərlə insan fitnə-fəad törədənlərin partlatdığı bombanın qurbanına çevrilir, yaxud, şərlənərək, başına yüz cürə oyunlar açılır; bu və ya digər formada zülmə məruz qalır. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər və müəmmalı təyyarə və s. qəzalar da məhz bu qəzəbin təzahürüdür.xa0
Odur ki, insanlar bu xəbərdarlıqlardan nəticə çıxararaq, günahlarına görə görə tövbə etməli,xa0 əməllərinə diqqət etməli və savablarının sayını artırmalıdırlar. Əks halda...
"Elə isə onlardan ötrü (zalımların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq".xa0 “Quran”, 19:84xa0
Söz ardı: Yeri gəlmişkən, “İbrahim” surəsindəki hikmətixa0 sübut edən bu düstur insan beyninnin məhsulu deyildir. Belə ki, əvvəlki düsturlar kimi,xa0 bu düsturu da Həzrət Cəbrail əleyhissəlam Neftçala rayon sakini Hacı Xalidə vəhy edərək: “Sabah Paşa Yaqub adlı bir nəfər sizə qonaqxa0 gələcək, bu düsturu ona ver, insanlara çatdırsın” - deyə,xa0 tapşırmışdır. (Qeyd edim ki, illərdir bu düsturu axtarırdım.)xa0
xa0Düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, müqəddəs kitaba nəyinsə əlavə olunması və yaxud buradan hansısa ayənin çıxarılması haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər (ateistlər və bir çox mollalar) “Quran”a və Allahın qüdrətinə şübhə edənlərdir.xa0
xa0
Paşa Yaqub,
Psixoterapevt, elmi-lədun bilicisi






































































































