Ucarda kütləvi DAVA: 4 nəfər xəstəxanalıq oldu

Ucarda kütləvi DAVA: 4 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Ucarda kütləvi DAVA: 4 nəfər xəstəxanalıq oldu

226295

Ucarda kütləvi dava olub, xəsarət alanlar var.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə dekabrın 20-də gecə saatlarında rayonun Bağman kəndində qeydə alınıb.

Belə ki, kənddə keçirilən “ciyər axşamı”nda bir neçə şəxs arasında yaranan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı 4 nəfər - 1975-ci il təvəllüdlü Əlsahib Ağasəlim oğlu Səlimov, 2003-ci il təvəllüdlü Nicat Əlisahib oğlu Səlimov və 1975-ci il təvəllüdlü Mehman Muğdət oğlu Səfərəliyev və 1991-ci il təvəllüdlü Mansur Mahsud oğlu Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Ucar RPŞ-də təhqiqat araşdırmaları aparılır. Tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO