“Qarabağ və demokratiya bir-biri ilə əlaqəli məsələlərdir”

“Qarabağ və demokratiya bir-biri ilə əlaqəli məsələlərdir”

Hazırda oxunan: “Qarabağ və demokratiya bir-biri ilə əlaqəli məsələlərdir”

225505
Mehman Əliyev: “Qarabağ probleminin həllini istəyiriksə, demokratikləşmə prosesini də sürətləndirməliyik”

“Qarabağ və demokratiya bir-biri ilə əlaqəli məsələlərdir. Əgər biz Qarabağ probleminin həllini istəyiriksə, demokratikləşmə prosesini də sürətləndirməliyik”.

Bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib. Onun sözlərinə görə, bu gün ölkəmizdə demokratikləşmə ilə bağlı proseslərin sürətləndirilməsinə ciddi ehtiyac var:

“Doğrudur,xa0 Azərbaycanda bu istiqamətdə bəzi işlər görülür. Lakin bunlar yarımçıq işlərdir. Halbuki, mövcud vəziyyət daha ciddi, daha sistemli addımlar atmağı tələb edir. Əgər bu cür addımlar atılacaqsa, o zaman Qarabağ probleminin ölkəmizin maraqları çərçivəsində həlli üçün də əlverişli zəmin formalaşacaq. Yox əgər demokratikləşmə ilə bağlı proseslər indiki templə getsə, o zaman Qarabağ məsələsində də Azərbaycanın maraqları baxımından müsbət bir dəyişikliyin baş verməsi çətin ki, mümkün olsun”.

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO