Metro stansiyalarının çıxışları nömrələnir – FOTO

Metro stansiyalarının çıxışları nömrələnir – FOTO

Hazırda oxunan: Metro stansiyalarının çıxışları nömrələnir – FOTO
224437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İlk dəfə Bakı metropolitenində bütün stansiyaların giriş və çıxışlarının sıra nömrələri ilə təmin edilməsinə başlanılıb. 

Bizim.Media "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, bununla əlaqədar metropoliten stansiyalarının platformaları, vestibül, keçid və giriş sahələrində olan naviqasiya məlumatlandırma lövhələri dəyişdirilir. 

Bildirilib ki, çıxışların nömrələnməsi sayəsində sərnişinlər üçün istiqamət seçilərkən bəzi vərdişlərin möhkəmləndirilməsi daha da rahat olacaq:

"Bu xüsusda çıxışlarda olan obyektləri məhz nömrələrlə daha sürətli və tez təyin etmək mümkün olacaq, eləcə də səmtin müəyyən edilməsi ilə bağlı bir sıra digər çətinliklər azalacaq. Nömrələmə naviqasiya imkanlarını genişləndirməklə yerüstü sahələrdə stansiyaların giriş və çıxışlarına münasibətdə daha konkret seçim edilməsinə, habelə yanlışlıqlara yol verilməsinin, əsasən, aradan qaldırılmasına təsir edəcək". 

Məlumata görə, qeyd edilənlərlə yanaşı, nəqliyyatın əlaqələndirilməsi, stansiya çıxışları üzrə daha səlis və dəqiq naviqasiya imkanlarından istifadə edilməsinə yol açacaq:

"Bu yenilik “Əlçatan metro” layihəsi üzrə sifarişlər verilməsində və qeydiyyatda yanlışlığa yol vermədən və daha asan üsulla və sürətli aparılmasını təmin edəcək. Planlaşdırılan müasir elektron, mobil və digər naviqasiya sistemlərinin tətbiqi zamanı da nömrələmə qaydasının imkanlarından geniş istifadə olunacaq. Bu istiqamətdə monitorinqlər aparılaraq, bir sıra digər yeniliklərin tətbiqi də nəzərdə tutulub". 

Metro stansiyalarının çıxışları nömrələnir – FOTO - foto 1
Metro stansiyalarının çıxışları nömrələnir – FOTO - foto 2
Metro stansiyalarının çıxışları nömrələnir – FOTO - foto 3
Metro stansiyalarının çıxışları nömrələnir – FOTO - foto 4
Metro stansiyalarının çıxışları nömrələnir – FOTO - foto 5
Metro stansiyalarının çıxışları nömrələnir – FOTO - foto 6
Metro stansiyalarının çıxışları nömrələnir – FOTO - foto 7
Metro stansiyalarının çıxışları nömrələnir – FOTO - foto 8
Metro stansiyalarının çıxışları nömrələnir – FOTO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO