İran Vaşinqtona xəbərdarlıq etdi...

İran Vaşinqtona xəbərdarlıq etdi...

Hazırda oxunan: İran Vaşinqtona xəbərdarlıq etdi...
222095
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
ABŞxa0 “5+1” qrupu ilə Tehranın arasında bağlanmışxa0 nüvə sazişindən çıxsa, Tehran Vaşinqton üçün heç də xoş olmayan bir sıra ölçülər qəbul edəcək.
Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “CBS” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, belə olan halda İranın cavab tədbirləri ilə bağlı bir neçə variantı olacaq. Bunlardan biri uranın zənginləşdirilməsi proqramının bərpa olunmasıdır.

İranın nüvə proqramı ilə bağlı tarixi saziş 14 iyul 2015-ci ildə Vyanada bağlanıb. İranın uran zənginləşdirmə proqramını dayandırması müqabilində, 16 yanvar 2016-cı ildə İrana qarşı beynəlxalq sanksiyaların böyük hissəsi ləğv olunub.

12 yanvar 2018-ci ildə ABŞ prezidenti Donald Tramp, nüvə sazişinə düzəlişin edilməsini tələb edib. Ağ Ev rəhbəri əks təqdirdə, sazişdən birtərəfli olaraq çıxacaqları ilə hədələyib.(Oxu.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO