Bu gündən prezidentliyə namizədlərin təşviqatı başlayır

Bu gündən prezidentliyə namizədlərin təşviqatı başlayır

Hazırda oxunan: Bu gündən prezidentliyə namizədlərin təşviqatı başlayır

217848

Bu gün Azərbaycanda aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqatın aparılması başlayır.

Moderator.az-ın məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-u, saat 08:00-da dayandırılır.

Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslər tərəfindən aparıla bilər.

Martın 19-da həmçinin seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması müddəti başa çatır. Təşviqat üçün yerlər dairə seçki komissiyalarının təklifi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyə qurumları tərəfindən ayrılır.

Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.


Prezidentliyə namizədliyi qeydə alınan 8 namizəd aşağıdakılardır.

xa0

Azərbaycan prezidenti İlham Əliyev -xa0xa0namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Qüdrət Həsənquliyevxa0- namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Araz Əlizadəxa0- namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Fərəc Quliyevxa0- xa0namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Zahid Orucxa0- öz təşəbbüsü ilə namizədliyini irəli sürülüb;xa0

Razi Nurullayevxa0- namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

Hafiz Hacıyevxa0- xa0namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

Sərdar Məmmədovxa0- Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürüüb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO