Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında ”“  REYTİNQ

Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında ”“ REYTİNQ

Hazırda oxunan: Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında ”“ REYTİNQ
208399
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Britaniyanın “Telegraph”x9d qəzeti dini etiqad səviyyəsinə görə dünyanın müxtəlif ölkələrinin xəritəsini hazırlayıb.

Aparılan sorğunun nəticələrinə görə, Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasına düşərək, 13-cü yerdə qərarlaşıb.

xa0Sorğuda iştirak edən azərbaycanlıların yalnız 34% -i həqiqətən özlərini dindar hesab etdiklərini bildirib.

Xəritə WIN/Gallup International-ın 2008, 2009 və 2015-ci illərdə keçirdiyi sorğulardan toplanan məlumatlar əsasında tərtib olunub.

Hər bir respondent xa0özünü dindar hesab edib-etmədiyi ilə bağlı sual qısaca “hə”x9d və ya “yox”x9d cavabı verməli olub.

Xəritəyə görə, dini etiqadın ən yüksək səviyyədə olduğu regional Afrika və Yaxın Şərqdir. Daha sonra Cənub-Şərqi Asiya və Latın Amerikası bölgəsi gəlir.

Birinci yerdə Efiopiya gəlir - xa0adı çəkilən Afrika ölkəsində həm müsəlman həm də xristianlardan ibarət olan xa0dindarlar əhalinin 99% -ni təşkil edir. xa0Oxşar göstəricilər Malavi, Niger, Şri-Lanka və Yəməndə qeydə alınıb. Somalidə dindarlar 98%, Əfqanıstanda isə 97% təşkil edir.

xa0Qərbi, Şimali və Mərkəzi Avropada ümumi götürdükdə ateizm üstünlük təşkil etsə də, bu cür fonda Polşanın 86% etiqad səviyyəsi ilə seçilməsi maraq doğurur.

xa0Din bir çox cənubi Avropa ölkələri xa0üçün də böyük önəm kəsb edir. İtalyanların 74 faizi, yunanların isə 71 faizi özlərini dindar hesab edir.

Digər tərəfdən, dini etiqad səviyyəsinin ən aşağı olduğu ölkələr arasında Yaponiya (13%)

Estoniya (16%), İsveç (19%), Norveç (21%) və Çexiya xa0(23%) sadalamaq olar, Çin isə 7% faizli göstərici ilə hər birini üstələyir.

Rusiyada əhalinin 70 faizi özünü dindar hesab edir. Ukraynada bu göstərici 73%-ə yaxındır, qonşu Belarusda isə fərq birdən birə kəskin dəyişir, - 34 % təşkil edir. Maraq üçün deyək ki, xa0ABŞ-da dini etiqad səviyyəsi 56 faizdir.
oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO