700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

Hazırda oxunan: 700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

207025
Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərərək, 700 bal toplayan tələbələr daim ictimaiyyətin diqqət mərkəzində olur. Son illərin müşahidəsi göstərir ki, 700 bal toplayanların heç də hamısı tələbə olandan sonra təhsili yüksək nəticələrələ başa vura bilmir. Hətta, universiteti çox aşağı qiymətlərlə bitirənlər də olur.
xa0
xa0Bu il 700 bal toplamış birinci kurs tələbələri imtahanlarının nəticələri haqqında açıqlama veriblər. Nəzərə alsaq ki, hazırda universitetlərdə qış imtahan sessiyası gedir, deməli çətinliklər qaçılmazdır.
xa0
İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbin məzunu Vahab Cəbrayılov Bakı Ali Neft Məktəbində (BANM) proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır.
“Dərslərimi çox yaxşı oxuyuram. Hələ ki çətinliyim yoxdur. Qış imtahanlarından da yaxşı keçəcəyimə əminəm”x9d.
xa0
Ağcabədi rayonu 3 saylı məktəb liseyin məzunu Arzu Məmmədova xa0İqtisad Universitetinin xa0beynəlxalq iqtisadi məktəb və maliyyə ixtisası üzrə təhsil alır.
“Qrup nümayəndəsiyəm. Təhsilimi ingilis dilində alıram. Orta məktəbi Azərbaycan bölməsi üzrə bitirsəm də, ingilis dilində oxumağın çətin olduğunu düşünürdüm. Amma çətin olmadı. Dərslərimi yüksək qiymətlərlə oxuyuram”x9d.
xa0
Paytaxtdakı Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova xa0Bakı Dövlət Universitetinin Hüquq fakultəsində oxuyur:
“BDU-nun Hüquq fakultəsində Azərbaycan dili üzrə təhsil alıram. Dərslərdən çətinliyim yoxdur. Müəllimlərim də çox yaxşıdırlar. Onlardan öyrənməyə dəyər. Qış imtahanlarından da yaxşı nəticə gözləyirəm”x9d.
xa0
Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova da Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsil alır.
“Təhsilim ingilis dilindədir. Dərslər yeni başlayanda çətinliyim vardı. Şükürlər olsun ki, indi hər şey qaydasındadır. Dərslərimi yaxşı oxuyuram. Sadəcə, çətinliyim ədəbiyyatların tapılması ilə bağlıdır. Başqa problemim yoxdur. İmtahanlara da yaxşı hazırlaşıram”x9d.
xa0
Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədova xa0ADA Universitetində təhsil alır.
“ADA-nın İctimai münasibətlər fakultəsində oxuyuram. Tədris prosesindən xa0razıyam. Hələ ki yaxşı oxuyuram. Zəif nəticə göstərmirəm. Demək olar, dərslərimə daha yaxşı vaxt ayırıram”x9d. (modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO