Xalq artisti, əfsanəvi “Qaya”x9d kvartetinin solistlərindən biri olan Rauf Babayevin dünən səksən illik yubileyi keçirilib. Yubiley şəhərdəki restoranlardan birində baş tutub.xa0
İki gün öncə ölkə başçısı tərəfindən “Şöhrət”x9d ordeni ilə təltif edilən xalq artisti Moderator.az-a açıqlamasında səksən ilin bir gün kimi keçdiyini deyib.xa0

“Bu gün mənim səksən illik yubileyimdi. Desəm ki, səksən il bir gün kimi keçdi, siz inanmazsınız. 1937-ci il dekabrın 30-a axşam saat 17:30 radələrində dünyaya gəlmişəm. Amma əslində bizim nəsil ikinci dünya müharibəsini də görüb. Müharibə dövründə atam hərbçiydi, Gəncədə xidmət edirdi. Biz müharibənin birinci yarısını orda keçirdik. 1944-cü ildə atamı Bakıya yolladılar. Onda mənim altı yaşım var idi. Səhər tezdən yuxudan oyananda eşitdim ki, səs-küydü. Küçəyə baxanda gördüm ki, hamı “Qələbə, Qələbə...”x9d - deyə qışqırır.xa0

Mən indi “Qaya”x9d kvartetinin rəhbəriyəm. Biz 1953-ci ildə Asəf Zeynallı adına müsiqi məktəbində oxuyurduq. Amerikanın səsi radiosunda caza qulaq asırdıq. Onda Amerikanın vokal kvarteti olan For Freşmın oxuyurdu. Biz bunu dinlədikdən sonra dəhşətə gəldik, çox gözəl oxuyurdular. Onda Teymur Mirzoyev dedi ki, bəlkə biz də oxuyaq. Bundan sonra mübahisə başladı. Biz oxumağa başlayanda ancaq caz mahnılarını oxuyurduq. Bizi birinci dəfə 1960-cı ildə Azərbaycan Dövlət Orkestrinə dəvət etdilər, amma biz istəmədik. Sonra bizim gözəl bəstəkarımız Rauf Hacıyev ora rəhbər gəldi. İkinci dəfə orkestrə dəvət ediləndə, biz razılaşdıq və 1961-ci ilin yanvar ayından üç aylıq fəaliyyətə başladıq. Onda bizim adımız yox idi. Birinci konsertlərdə çox xoşa gəldik. Sonradan bizi televiziyalara dəvət etdilər. Qrupun tərkibində mən, Teymur Mirzoyev, Arif Hacıyev və Adil Nəzərov fəaliyyət göstərirdi.xa0xa0

Biz bir il işlədikdən sonra Odessada mehmanxanada olanda həmin vaxt oteldə SSSR-inin yığma komandası da qalırdı. Bizim Adil Nzərov bir qızla tanış oldu və onlar evlənmək üçün qərar verdilər. Adil Nəzərov bizə dedi ki, mən Moskvaya gedirəm, inkişaf üçün Moskva lazımdı. Bizi də dəvət etdi, amma biz razılaşmadıq. Orkestrdə Lev Yelisavetski turbada ifa edirdi. O, bizim məşqlərə həmişə gəlirdi. Adil Nəzərov gedəndən sonra biz onu dəvət etdik. Həmin gündən “Qaya”x9d kvarteti mən, Teymur Mirzoyev, Arif Hacıyev və Lev Yelisavetski olmaqla fəaliyyətə başladı. Biz 1963-cü ildə orkestrdən çıxıb öz konsertlərimizi təşkil etməyə başladıq. Teymur Mirzoyev İsraildə yaşayır, indi zəng vurub təbrik etdi. Lev Yelisavetski Amerikada yaşayır, Arir Hacıyev isə artıq on ildir ki, dünyasını dəyişib”x9d.
Vasif Əlihüseyn






































































































