Cəlilabadda məktəbliyə əxlaqsız təkliflər edib dərəyə apardılar - TƏFƏRRÜAT

Cəlilabadda məktəbliyə əxlaqsız təkliflər edib dərəyə apardılar - TƏFƏRRÜAT

Hazırda oxunan: Cəlilabadda məktəbliyə əxlaqsız təkliflər edib dərəyə apardılar - TƏFƏRRÜAT
202494
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin 10 fevral tarixində Cəlilabadda 4 saylı məktəbin 9-cu sinif şagirdi Z. Məmmədovu (soyad şərtidir) bıçaqlayan həmin məktəbin şagirdi, 2009-cu il təvəllüdlü Ə. Hacıyevə hökm oxunub.

Bizim.Media publika.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 yaşlı yeniyetmə 3 il müddətinə həbs cəzasına məhkum edilib. O, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Həmçinin müəyyən edilib ki, hadisəni törədən yeniyetmə ilə bıçaqlanan şəxs məktəbdə paralel siniflərdə oxuyublar. Ə. Hacıyev iddia edib ki, Z. Məmmədov ona dəfələrlə əxlaqsız təkliflər edib, söyərək şəxsiyyətini alçaldıb. O da qisas almaq məqsədilə bu əməli törədib.

Z. Məmmədov isə deyib ki, Ə.Hacıyev onu aldadaraq dərəyə aparıb:

"Mənə dedi ki, sən idmanla məşğul olmusan, əzələlərin güclüdür, olar köynəyini qaldırasan baxım. Mən köynəyimi qaldıranda bıçaq çıxarıb vurdu".

Qeyd edək ki, Z. Məmmədov hadisədən sonra dərədə huşsuz vəziyyətdə qalıb. Onu görən şəxslər təcili xəstəxanaya çatdırıblar və orada ayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO