Bakı metrosunun ilk qatarı niyə qəzaya uğramışdı...? - MARAQLI

Bakı metrosunun ilk qatarı niyə qəzaya uğramışdı...? - MARAQLI

Hazırda oxunan: Bakı metrosunun ilk qatarı niyə qəzaya uğramışdı...? - MARAQLI

195313
50 il əvvəl, 1967-ci ilin oktyabrın 16-da Bakı metrosunda ilk qatar xəttə çıxıb.xa0

Bu barədə Modern.az-a məlumat verən “Bakı Metropoliteni”x9d QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, 3529-3530-3538 nömrəli 3 vaqondan ibarət olan qatar sınaq məqsədi daşıyırdı:
xa0
“Maşinist Nağı Nağıyev və köməkçisi Genadi Semyonovun idarə etdiyi qatar 05:05-də depodan çıxaraq bütün stansiyalarda ("Nəriman Nərimanov, "Gənclik, "28 May", "Sahil", "İçərişəhər") dayanmaqla "Bakı Soveti" stansiyasına doğru irəliləyib. Sınaq qatarının sürəti 15 km/saat olub”x9d.
xa0
N.Paşayevin sözlərinə görə, elə həmin gün qatar qəzaya uğrayıb:

“Qatar 28 aprel (indiki 28 may) stansiyasını keçdikdən sonra dayanıb. Araşdırma zamanı məlum olub ki,tuneldə çalışan işçilərdən kim isə hermetik qapı reduktorunun qapağını İMB yeşiynin üstünə qoyub. İşini başa vurduqdan sonra, qapağı yerinə bağlamağı unudub. Qatar həmin yerə yaxınlaşanda titrəmə nəticəsində qapaq yeşiyin üzərindən birinci vaqonun altına düşüb. Nəticədə qatar yoldan çıxıb. Həmin gün axşama kimi qəzanın nəticələri aradan qaldırılıb.xa0
Sonrakı günlərdə bir neçə dəfə sınaq reysləri uğurla həyata keçirilib”x9d.

Qurum rəsmisi qeyd edib ki, səhlənkarlıq edən işçi töhmət alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO