Bakıda avtobus sürücüsü faciəyə səbəb oldu:  Qadın 18 gündür komadadır - FOTO

Bakıda avtobus sürücüsü faciəyə səbəb oldu: Qadın 18 gündür komadadır - FOTO

Hazırda oxunan: Bakıda avtobus sürücüsü faciəyə səbəb oldu: Qadın 18 gündür komadadır - FOTO

195296
Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması faciəyə səbəb olub.

64 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yolu keçmək istəyən Təranə Məhəmməd qızı Babaşovanı maşınla vurub.

T.Babaşovanın həyat yoldaşı Müzəffər İsmayılovun sözlərinə görə, hadisə sentyabrın 27-də baş verib.

Təranə Babaşova “8-ci kilometr”x9d bazarının qarşısında avtobusdan düşüb yolu keçmək istəyib. Bu vaxt əks istiqamətdə hərəkət edən 64 saylı avtobus xanımı vurub.

Sürücü polis tərəfindən saxlanılıb. T.Babaşova isə xəstəxanaya yerləşdirilib. Müzəffər İsmayılovun sözlərinə görə, xanımı 18 gündür komadadır.

Ailənin Təranə Babaşovanı müalicə etmək imkanı yoxdur. Kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul göndərə bilər.(baku.ws)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO