Orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Ð’Ñx81еобщаÑx8f иÑx81ториÑx8f”x9d (“Ümumi tarix”x9d) dərsliyindəxa0 yer almış xəritə ilə bağlı qalmaqal bitmək bilmir. Təhsil Nazirliyi bununla bağlı mövqeyini açıqlayıb:xa0xa0
“Dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib. Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən "Şərq-Qərb”x9d nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib. Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün yeni çap olunmuş X sinif "Ð’Ñx81еобщаÑx8f иÑx81ториÑx8f”x9d dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb”x9d.
Yəni artıq həmin xəritənin yer aldığı dərslik yoxdur. Bəs ajiotaj niyə səngimir?
Uzun illərdir təhsil probleminin içində olan adam kimi məni təəccüb bürüyüb. Biz illərdir dərsliklərdəki çox sayda və çox ciddi məzmun səhvlərini, yanlışlıqları və qüsurları, çatışmazlıqları və ziyanlı hissələri mətbuata çıxarırdıq, bu qədər diqqət verən olmurdu. Üstəlik, nazirlik o səhvləri nəinki qəbul edir və aradan qaldırırdı, hətta bizi ittiham edirdi. Həm də təkcə sözlə ittiham etmirdi, məhkəməyə verirdi. Bəlkə yalandır mənim və mərhum Əlövsət Osmanlının məhkəməyə verilməyimiz? İndi də dərslikdə qüsurlar tapılır və əvvəlki qədər deyil. Bu sahədə kəskin dəyişiklik baş verir. Üstəlik,xa0 açıq deyək, Mikayıl Cabbarov nazir təyin ediləndən sonraxa0 bu səhvlər etiraf edilir, düzəliş edilir, bu səhvlərə bir daha yol verilməməsi üçün tədbirlər görülür, mexanizmlər işlənilir. İctimai müzakirələrə imkan yaradılıb.xa0
Qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin "Qaynar xətt”x9d xidmətinə müraciət edib. Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib.
Bu, normal hal deyil? Bu cür yanaşma və iş tərzi ölkənin ziyanınadır? Səhvlər bütün dünyada düzəldilir. Yoxsa yenə də səhvi deyəni məhkəməyə vermək lazımdır?xa0
Xəritədə doğrudan da texniki səhvə yol verilməsi inandırıcıdır, çünki dərslik ölkənin ən nüfuzlu nəşriyyatlarından biri olan “Şərq-Qərb”x9d nəşriyyatında çap olunub. Nə oldu, belə bir meqanəşriyyat indi bilərəkdən xəritə çap edərək düşmən dəyirmanına su səpdi? Heçxa0 inandırıcı görünmür axı.xa0
İndi diqqət edin nazirliyin etiraf etdiyi texniki səhvin ucundan tutub nə qədər ucuzluğa getdilər. Təhsil Nazirliyi bütün dərsliklərin ictimai müzakirəsini keçirir. Nə yaxşı tarix institutunun əməkdaşları, ali məktəblərin tarix müəllimləri bu texniki səhvi aşkara çıxarmayıblar? Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildiribsə, ictimai müzakirələr zamanı səhvi aşkarlayan şəxsə də təşəkkür bildiriləcəkdi.xa0xa0
Bu yaxınlarda vaxtilə “Biologiya”x9d dərsliyinin müəllifi olan bir xanım indi yazılan biologiya dərsliyindəki çoxsaylı səhvlərdən yazmışdı. Açıq-aşkar hiss olunurdu ki, dərsliyinin keçməməsi ona təsir edib. Deputat Qənirə Paşayeva həmin xanıma istinad edərək “Biologiya”x9d dərsliyindəki biabırçılıqdan danışmışdı. Əslində bununla ictimai rəy xeyli dərəcədə çaşdırılmışdı. Araşdırmadan rəy verilməklə.
İndi də bütün dərslikləri keçməyənlər və onların tərəfdarları hərəkətə gəliblər. Xəritədəki yanlışlıq onları birləşdirib. Hələ urpatriotları demirəm.xa0
Gəlin bir sualı özümüzə verək. Haqqında danışılan kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur. Hətta müstəqilliyi şübhə doğurmayan tarixçilər etiraf edib ki, bu adlar arasında ən yaxşı mütəxəssislər var. Bəs bu qədər adam birlikdə necə ermənipərəstlik edə bilər, həm də açıq şəkildə? Bir nəfər deyil, üç nəfər deyil, 7 alim və mütəxəssis var kitabın müəllifləri sırasında.
Qurumdan bildirilib ki, X sinif "Ð’Ñx81еобщаÑx8f иÑx81ториÑx8f”x9d dərsliyinin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib.
Bütün dünyada nəşr sahəsində kuryozlar, hətta gülməli səhvlər baş verir. Bəzən bir hərfin və ya vergülün düşməsi məzmunu dəyişir. Amma mən də deyirəm ki, dərslikdə səhv ola bilməz. Hətta texniki səhv də olmaz, yolverilməzdir. Nazirlik də texniki səhvi düzəldib dərhal. Kimisə məhkəməyə verməyib, təhqir etməyib, qınamayıb. Ötənlərə görə bu o qədər yaxşı haldır ki, gələcəkdə səhvlərin heç olmayacağına ümid edə bilərik. Mən bunu səhvləri dediyimə görə məhkəməyə verilib həbslə hədələnən biri kimi deyirəm.xa0
P.S. Məqaləni tamamlamaq ərəfəsində "Oyal”x9d şirkəti tərəfindən istehsal edilən dəftərlərdə Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsinə Sabir Rüstəmxanlının münasibətini oxudum:xa0
“Bu məsələlərdən qaynaqlanan təxribatlar orta məktəblərə gedib çıxırsa, məsuliyyət Təhsil Nazirliyinin üzərinə düşür. Nazirlik nəyə nəzarət edir?”x9dxa0
İndi hörmətli xalq şairimizə “Oyal”x9d şirkətinin Təhsil Nazirliyinə tabe olmadığını necə izah edəsən. Deyəsən Yazıçılar İttifaqının icarəyə verdiyi “26 -lar kafesi”x9dni də Təhsil Nazirliyi bağlayıb.
Etibar Əliyev, təhsil eksperti



































































































