Əli Həsənov islam ölkələrini Ermənistanla əlaqələri dayandırmağa çağırdı

Əli Həsənov islam ölkələrini Ermənistanla əlaqələri dayandırmağa çağırdı

Hazırda oxunan: Əli Həsənov islam ölkələrini Ermənistanla əlaqələri dayandırmağa çağırdı

192517
Bu gün "İlham Əliyev bizi "Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı" filminin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən baş nazirin müavini Əli Həsənov deyib ki, son 200 ildə ermənilər tərəfindən işğal olunan Azərbaycan torpaqları ilk dəfə Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə keçirilən əməliyyatla Horadiz və prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə aprel ayında keçirilən əməliyyatla Lələtəpə azad edilib.xa0

Cocuq Mərcanlı kəndinin 1994-cü ildə cəmi 4 ay işğal altında qaldığını xatırladan Ə. Həsənov deyib ki, kəndə səfər edən xarici diplomatlar və media təmsilçiləri 4 ay ərzində ermənilərin hansı vandalizmi törətdiklərinin şahidi olublar. Eyni zamanda Cocuq Mərcanlı ilə Böyük Qayıdış başlayıb: "Azərbaycan prezidenti İlham Əliyev Cocuq Mərcanlıda ilk qəsəbənin açılışında iştirak edərkən bu kəndi 1994-cü ildən tərk etməmiş Oqtay Həziyevin ailəsi ilə görüşdü, dünyaya azərbaycanlıların torpaqlarına necə bağlı olduğu nümayiş etdirildi. Bu gün tək məcburi köçkünlər yox, digər insanlar da Cocuq Mərcanlıda məskunlaşmaq istəyir".xa0

Ə. Həsənov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu islam ölkələrinə Ermənistan ilə münasibətləri məhdudlaşdırmaq barədə qərar qəbul edib: "Hesab edirik ki, bu, azdır. Kontakt qrupu bütün islam ölkələrinin Ermənistanla əlaqələri dayandırması barədə qərar qəbul etməli idi. Çünki hələ də bəzi islam ölkələri Ermənistanla əlaqə saxlayır, müxtəlif sahələrdə əməkdaşlıq edir. Biz ümumiyyətlə, BMT-nin Ermənistana qarşı sanksiya tətbiq etməsini istəyirik".

Sonra "Böyük Qayıdışın başlanğıcı" filmi nümayiş etdirilib. Daha sonra "İlham Əliyev bizi "Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı" filminin ərsəyə gəlməsində böyük rolu olan millət vəkili, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev çıxış ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO