Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ  

Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ  

Hazırda oxunan: Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ  
190706
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan səfərimizdə nəinki bu gözəl məkanda, bütün Azərbaycanda, hətta Zaqafqaziya ölkələri arasında məşhur olan "Əshabi-Kəhf" ziyarətgahına ayaqyalın qalxmağımla yanaşı, çox insanın etiqad etdiyi bu ziyarətgahın unikallığı yaddaşımda silinməz iz qoydu. 

Ziyarətgah haqqında çox yazılıb, danışılıb deyə, yeni bir şey deyə bilməyəcəyəm. Amma ziyarətgahın ətəyində yerləşən yerdən isti qazan kimi qaynayan mineral bulaq diqqətimi çəkdi.

Ətrafı dəmir çəpərlə əhatələnən kiçik bulağı yerli sakinlər mineral bulaq adlandırır. Məlumata görə, mineral suyun tərkibi radon, karbon, xlor, natrium, kalsium və digər mineral maddələrdən ibarətdir. Qarışıq suyun müalicəvi olduğu deyilir.

Yerdən qaynayan bulağın təzyiqinin qalxmasını 30 dəqiqədən çox gözlədik. Nəhayət, qarışıq mineral su köpüklənərək qalxmağa başladı. 

Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, mineral bulağın suyu revmatizmdən əziyyət çəkən insanlar üçün məlhəm sayılır. Bundan əlavə, 10-15 dəqiqə suda qalandan sonra bədəni günəş şüaları ilə qurutmağın lazım olduğu deyilir.

Qeyd edək ki, Naxçıvanın məşhur "Əshabi-Kəhf"ziyarətgahı və ətəyindəki möcüzəli bulaq Culfa rayonu ərazisində yerləşir.
 


Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ   - foto 1
Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ   - foto 2
Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ   - foto 3
Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ   - foto 4
Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ   - foto 5
Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ   - foto 6
Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ   - foto 7
Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ   - foto 8
Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ   - foto 9
Həm ziyarət, həm də müalicə ocağı - Mistik Əshabi-Kəhfdən VİDEOREPORTAJ   - foto 10

Aytəkin Alxaslı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO