40-a yaxın bağça müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ 

Hazırda oxunan: 40-a yaxın bağça müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ 

187753

Bu ilin ötən dövründə uşaq bağçalarında aparılan monitorinq nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb.

Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, 200-ə yaxın müdirə isə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.

Direktor qeyd edib ki, monitorinqlər mütəmadi davam edəcək.
E.Bağırov bildirib ki, son 3 ayda 282 nəfər tərbiyəçi-müəllim uşaq bağçalarında işə qəbul olunub. Onun sözlərinə görə, agentliyin fəaliyyəti dövründə uşaq bağçalarına 39 nəfər müdir təyin olunub: "Bu il 17 min nəfər heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək. İşdən çıxarılma məsələsi olmayacaq".

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO