Bakıda restoran və bazarlara xəstə donuzlar satılıb, araşdırma aparılır — VİDEO 

Hazırda oxunan: Bakıda restoran və bazarlara xəstə donuzlar satılıb, araşdırma aparılır — VİDEO 

181300

Üç min donuzdan yarısı satılıb, satılmayanlarda isə xəstəlik aşkarlanıb. Buna görə də yaxınlıqdakı fermada saxlanılan donuzlar da tələf olublar. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində donuzçuluq təsərrüfatı ilə məşğul olan İlqar Əliyev və həyat yoldaşı Tatyana Əliyeva iddia edir ki, hər şey qonşuluqdakı fermaya ötən ilin sonlarında 3000-dən çox donuzun gətirilməsindən sonra olub. 

İ.Əliyevin sözlərinə görə, xəstə donuzlar sonradan restoran və bazarlara satılıb. 

Bunu satan şəxsin isə saxlanıldığı bildirilib. 

Şikayətlə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ nəzarətə götürülüb. Müvafiq araşdırma aparılır, həmçinin hadisənin başvermə səbəblərini aydınlaşdırmaq üçün nümunələr götürülərək laboratoriyaya təqdim olunub. 

Araşdırmanın nəticəsinə uyğun müvafiq tədbirlər görüləcək. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, qeyd edilən məsələ araşdırılır. 

Ətraflı süjetdə: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO