- A-
- A
- A+
Cəmiyyət
14:08 / 29.05.2017
2 dəq oxunma
Siyasi partiyalar Gözəl Bayramlının həbsini pislədi
Hazırda oxunan: Siyasi partiyalar Gözəl Bayramlının həbsini pislədi
179763
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Mayın 29-da Azərbaycanda fəaliyyət göstərən bir qrup partiya sədri toplantı keçirib.xa0
Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb. 28 may Respublika günü münasibəti ilə Cümhuriyyətimizin banisi M. Ə. Rəsulzadənin abidəsi önündə keçirilən tədbir qənaətbəxş sayılıb. 2018- ci ildə Azərbaycan Demokratik Respublikasının elan olunmasının 100 illiyinə hazırlıqla bağlı müzakirələrin başlanması məqsədəuyğun sayılıb. AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə bağlı xüsusi bəyanat qəbul edilib.
Bəyanatda deyilir:xa0
“Siyasi Partiyalar Gözəl Bayramlının qondarma olması açıq aşkar görünən ittihamla həbs edilməsini siyasi müxalifətə qarşınövbəti təqib aktı kimi dəyərləndirir, bu həbsi qətiyyətlə pisləyir və Gözəl Bayramlının dərhal azad olunmasın tələb edirlər. Dövlətin və vətəndaşların milyonlar və milyardlarla dollar dəyərində pulların talan edərək xaricə daşıyan iqtidar mənsubları və onların yaxınlarının azadlıqda gəzdiyi halda bir müxalifət lideri xanımın guya ölkəyə 12 min dollar gətirdiyi ittihamı ilə həbsə atılması qəzəb və hiddət doğurmaya bilməz. Siyasi partiyalar son dövrdə qadınların siyasi motivlərlə həbsə alınması faktlarının çoxaldığına diqqəti cəlb edirlər və bildirirlər ki, Azərbaycan xalqının milli əxlaqi dəyərlərinə yad olan bu hal mövcud iqtidarın həm də mənəvi tənəzzülünün göstəricisidir.”x9d
Toplantıda KXCP sədri M. Mirəlioğlu, ADP sədri S. Cəlaloğlu, Azadlıq Partiyasının sədri ə. Oruc, Aydınlar Partiyasının sədri Q. Əlibəyli, Ağ Partiya sədri T. Abbaslı, BAP sədri E. Musayev və AXPxa0sədri P. Hüseyn iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































