- A-
- A
- A+
Cəmiyyət
15:56 / 22.02.2017
3 dəq oxunma
Gürcüstan parlamentində Xocalı faciəsi gündəmə gətirildi
Hazırda oxunan: Gürcüstan parlamentində Xocalı faciəsi gündəmə gətirildi
169706
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün Gürcüstan parlamentinin iclasında azərbaycanlı deputat Savalan Mirzəyev Xocalı soyqırımı mövzusunda çıxış edib.
xa0
S. Mirzəyev 25 il öncə - 26 fevral 1992-ci ildə xa0baş verən hadisə haqqında geniş məlumat verib. xa0“Bizlər bu tribunadan uca səslə Xocalı faciəsini yada salmalıyıq və bu faciəyə düzgün qiymət verməliyik ki, bu cür hadisələr nə bizim bölgədə, nə də bütün dünyada təkrarlansın. Təəssüf ki, həm bu faciə, həm də Qafqazda baş verən bir çox müharibələr xaricdən idarə edilib. Xocalı faciəsinin də əsas günahkarları sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən dəstəklənən separatçılar olub. Qafqazda müharibələr bitməlidir, biz mütləq Qafqaz xalqlarının birlik və sülh mühitində yaşamasına nail olmalıyıq”x9d-deyə Savalan Mirzəyev çıxışında vurğulayıb.xa0
Mediaya açıqlamasında Savalan Mirzəyev qeyd edib ki, Gürcüstan-Azərbaycan əlaqələri hər zaman ali səviyyədə olub və bundan sonra da olacaq. Bizim əlaqələr əsrlər boyu davam edir. Bizim ölkə Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir. Biz də, Azərbaycanlı deputatlar olaraq istədik ki, mənəvi borcumuzu yerinə yetirib bu məsələni ölkənin ən yüksək tribunalarından sayılan Parlamentdən səsləndirək. Xocalı soyqırımı haqqında məruzə ilk dəfədir ki, Gürcüstan Parlamentindən səsləndirildi. Əvvəlki illərdə biz qarşı tərəfin cəhdlərindən müdafiə olunurduqsa bu dəfə biz Xocalı hadisələrinə ədalətli hüquqi qiymətin verilməsi tələbilə çıxış etdik. Mən də çıxışımda bir çox məqamlara toxunaraq bu məsələnin ciddiyyətindən danışdım Bu faciə əsrin ən dəhşətli hadisəsidir, bu əsl soyqırım aktıdır. Xocalı soyqırımı nəinki Azərbaycan xalqına eyni zamanda bəşəriyyata törədilmiş cinayətdir. Xocalı hadisələrini hər kəs tanıtmalıdır. Vəzifəsindən və statusundan, yaşadığı ölkədən asılı olmayaraq. Biz çalışmalıyıq ki, bu hadisələrə hüquqi qiymət verilsin və bu cür cinayətlər daha dünyanın heç bir yerində təkrarlanmasın. xa0Düşünürəm ki, bu cür hadisələr vaxtında öz qiymətini almadığına görə bu gün Gürcüstanda işğalçılıqdan əziyyət çəkir, bizim də ərazilərimizin 20 % işğal altındadır. Amma inanıram ki, ədalət bigərar olunacaq və hər iki ölkənin ərazi bütövlüyü təmin ediləcəkdir, minlərlə insan öz evlərinə dönəcəklər.xa0
Hazırda Gürcüstan parlamentinin sessiasında bu məsələ ilə bağlı müzakirələr getməkdədir, təklifin təşəbbüskarlarından olan Gürcüstan parlamentinin Azərbaycanlı deputatı Ruslan Hacıyev mediaya açıqlama verib, o qeyd edib ki, 26 fevral günü bütün dünya Azərbaycanlıları üçün faciəli bir gündür, bu faciə nəinki Azərbaycan xalqına , bu insanlığa qarşı edilmiş cinayətdir və hər birimizin yaramızdır. “Bu gün 22 fevral tarixində Gürcüstan parlamentində ilk dəfə olaraq Savalan Mirzəyevin Xocalı soydırımılə bağlı səsləndirdiyi faktlar və təkliflər onu göstərir ki, bu soyqırımın hüquqi qiymətinin verilməsinə və tanıdılması olduqca önəmlidir. Vətənimiz Gürcüstan da, müstəqillik tarixidə çox haqsızlıqlarla qarşılaşdı, Azərbaycanda olduğu kimi, Gürcüstanında ərazisinin 20% işğal altındadır, minlərlə qaçqın və məcburi köçgün öz evlərindən didərgin düşüblər. Bu ədalətsizlik hələdə davam edir. Lakin Gürcüstan-Azərbaycan əlaqələri çox yüksəkdir, bizim dostluq əlaqələrimiz tarix boyu davam edir”x9d O eyni zamanda bu günlərdə qondarma rejimin, keçirmək istədiyi referenduma etiraz edən Gürcüstan hökümətinin bu addımınada fikir bildirdi. O qeyd etdi ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyir. Başqa cür ola da bilməz, Azərbaycan dövləti də hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bizim ölkələri çox sıx tellər bağlayır, bu əlaqələrin əsrlər boyu tarixi var. Bizim əlaqələrimizi heç bir qüvvə poza bilməz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




































































































