Həmyerlimiz - Amerika Hərbi Dəniz Qüvvələrinin zabiti - "John" Naimi Amiral daha bir yüksək medalla təltif edilib.xa0
Bu dəfə həmyerlimizə Amerika Birləşmiş Ştatları Birləşmiş Qoşunlarının övünç (şərəf) Medalı verilib. Medalı F-35 (Joint Strike Fighter) layihəsinin komandiri - General Kristofer Bogdan təqdim edib. Həmyerlimizə bu medal F-35 gırıcı təyyarələri layihəsinin etdiyi müstəsna töhfələrinə görə verilib. Qeyd edək ki, F-35 qırıcı təyyarələri layihəsi yeni seçilən ABŞ prezidenti Donald Trampın xüsusi diqqətini çəkdiyindən ABŞ mediasının diqqət mərkəzindədir.






































































































