"İnsanların bu münasibətinə xəyanətdən ölümü üstün tutaram"

Hazırda oxunan: "İnsanların bu münasibətinə xəyanətdən ölümü üstün tutaram"

169451
"Bu gün 59 yaşımın tamam olması münasibətilə dünəndən aldığım bütün təbriklərə görə hər birinizə təşəkkür edirəm. Çox sevindiyim hallardan biri də odur ki, təbrik edənlər sırasında vaxtilə sərt tənqid etdiyim insanlar da var. Bir daha əmin oldum ki, bizim xalq çox gözəl xalqdır, sadəcə onun qədrini bilmək lazımdır. Haqqımda deyilənləri oxuduqca bir daha məyus oldum ki, səlahiyyətləri olan şəxslər niyə ondan xalq üçün istifadə etmirlər. Axı bu xalqın sevgisindən böyük sərvət yoxdur. Heç bir səlahiyyətim olmadan, sadəcə gördüklərimi dilimə gətirdiyimə görə özümə qarşı münasibəti gördükcə hər dəfə yaşadığım illərdən yox, hər günündən şərəf duyuram, elə buna görə də Uca Allahdan ömür diləyirəm ki, bu xalqın mənə verdiyi dəyəri doğruldum. Bir də insanların bu münasibətinə xəyanətdən ölümü üstün tutaram.
Bütün çətinliklərə baxmayaraq əldə etdiyim uğurlara görə birinci növbədə Anama, Atama, Ailəmə borcluyam və bu yolda mənə dəstək olan bütün Vətəndaşlara minnətdaram!"

Alan İsmayılov, tanınmış hüquqşunas
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO