“Şagird hazırlığa gəlsəydi, həmin müəllim ondan nəinki iyrənərdi, hətta...”x9d

“Şagird hazırlığa gəlsəydi, həmin müəllim ondan nəinki iyrənərdi, hətta...”x9d

Hazırda oxunan: “Şagird hazırlığa gəlsəydi, həmin müəllim ondan nəinki iyrənərdi, hətta...”x9d

161495

Moderator.az olaraq Bakıdakı 123 sayl orta ümumtəhsil məktəbin müəlliminin 3-cü sinif şagirdini təhqir etməsiylə bağlı xəbər vermirşdik. Bildirmişdik ki, Kənan adlı şagirdinə köynəyinin rənginin solğun olduğuna görə dəfələrlə "mən səndən iyrənirəm" deyib.xa0

Bu "müəllim"in şagirdinə dediklərini eşidəndə anidən yadımıza əngəlli uşaqlara dərs deyən müəllimlər düşdü. Düşündük ki, görəsən belə uşaqlara dərs deyən müəllimlər də, məsələn, burnu axan gözdən əlil şagirdinə “mən səndən iyrəniəm”x9d deyirmi?... Ümumiyyətlə, təhsillə yanaşı tərbiyyə verməyə məsul olan şəxsin şagirdindən iyrənməyə, iyrəndiyini dilə gəitrməyə haqqı varmı?... Son zamanlar az qala “vorzakon”x9d kimi davranan bəzi müəllimlər bu haqqı kimdən və nədən alırlar?...

Beynimizi didən bu suallarla paytaxtdakı sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı məktəbdə çalışan gənc müəllim, təhsil eksperti Kamran Əsədova müraciət etdik.xa0

K.Əsədov ilk əvvəl qeyd etdi ki, ölkəmiz müstəqillik qazandıqdan sonra məlum səbəblərdən müəllim-şagird münasibətləri mənfiyə doğru dəyişib: “Təəssüflər olsun ki, son illər Azərbaycan müəlliminin adı heç də xoş olmayan hadisələrlə çox hallanır. Tarix boyu insana, insanlığa, cəmiyyətə nümunə olan müəllim bu gün başqa bir formada təqdim olunur. Əlbəttə ki, bizlər üçün müəllim adının aliliyi sovetlər dönəmindən qalıb. Çünki o zaman müəllimin bütün maddi, sosial ehtiyacı tamamilə ödənirdi deyə, onun şagirdlərindən başqa bir umacağı yox idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahənin əmək haqqı müəllimlərin ehtiyacını ödəməyə çatmadı. Ona görə də, bizim müəllim yeməz, müəllim yatmaz və s. inanclarımız dəyişdi. Biz müəllimi bazarda göy satan, küçədə taksi sürücüsü kimi, tikintidə fəhlə kimi, ev alqı-satqısı və başqa öyrəşmədiyimiz sahələrdə gördük. Təsəvvür edin ki, bazarda pul verib göy göyərti aldığı müəlliminə şagirdlərin münasibəti nəcə ola bilər?”x9dxa0

Image


Ekspert daha sonra əlavə etdi ki, müəllimlərin repititorluqla məşğul olmaları da müəllim-şagird münasibətlərinə pis təsir edir: “Bir qism müəllim də TQDK-nın yaranması ilə qəbul imtahanlarına abituriyent hazırlamaq üçün repititorluqla məşğul olmağa başladı. Əlbəttə ki, onların qazancı digər müəllimlərlə müqayisədə daha çox təşkil edir. Sizə əminliklə deyirəm ki, məktəbdə şagirdlərinə qarşı kobud, qeyri insani, mədəniyyətsiz davranan müəllimlərin böyük əksəriyyətini həmən repititorluqla məşğul olan müəllimlər təşkil edir. Hansısa bir müəllim eşidəndə ki, onun dərs dediyi sinifdən hansısa şagird onun tədris etdiyi fəndən onun yanına yox, başqa bir müəllimin yanına hazırlığa gedir, o şagirdi təhqir edir, onunla pis davranır, qiymətini aşağı yazır.xa0
Bundan başqa, Bakı şəhərində yerləşən orta məktəblərin ibtidai siniflərində indi belə bir dəb düşüb ki, şagirdlər dərsdən sonra sinif müəllimlərinə əlavə pul ödəyərək dərslərini hazırlayırlar. 123 saylı orta məktəbdə həmən o şagird müəllimin yanına hazırlığa gəlsəydi, ona pul versəydi, həmən müəllim şagirddən nəinki iyrənərdi, hətta gün ərzində onun üzündən beş dəfə öpərdi. Təəssüf ki, indi bəzi müəllimlərin şagirdlərinə münasibəti şagirdinin maddi imkanına görə dəyişir, formalaşır”x9d.xa0

Kamran müəllim “Dərs dediyiniz sağlamlıq imkanları məhdud uşaqlardan iyrənirsinizmi?”x9d sualımızı da cavablandırıb: “Əslində iyrənc olan və bizim iyrənməli olduğumuz şagirdlərinə qeyri-etik davranan müəllimlərdir. Mən hər insanın psixoloji cəhətdən dözə bilməyəcəyi 5 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş internat məktəbin şagirdlərini uzun müddət təmənnasız olaraq ali məktəblərə hazırlamışam. Əlbəttə ki, ilkin olaraq qarşılaşdığım mənzərə və şərait çox çətin idi. Hətta özümlə bərabər ora apardığım müəllimlərin ürəyi bulanan, halı pisləşənlər olurdu, ancaq bunu uşaqlara bildirmirdilər. Mən sonuna qədər davam etdim və onlar ali məktəblərə qəbul oldular. Onlarla dostluğum indi də davam edir”x9d.xa0

Ekspert sonda belə halların baş verməməsi üçün görülməli işlərdən də danışıb: “Belə hadisələrin baş verdiyi məktəbin direktoru da vəzifədən azad edilməlidir. Çünki o direktor rəhbərlik etdiyi təhsil müəssisəsində düzgün təhsil mühiti qura bilməyib, müəllimləri düzgün idarə edə bilmir.xa0
Bilirsiniz, bizim üçün insana dəyər ən birinci olmalıdır. Amma bu gün bunu təəssüf ki, görmürük. Yaxşı olardı ki, Təhsil Nazirliyi müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsini həyata keçirəndən sonra, onların psixoloji cəhətdən yoxlasın və müəllimliyə yararlı olub olmadığını müəyyən etsin”x9d.


Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO