Şəhid Yasən Əhmədovun xatirəsi anıldı – FOTO  

Hazırda oxunan: Şəhid Yasən Əhmədovun xatirəsi anıldı – FOTO  

161155

Şəhid Yasən Əhmədovun anım günü qeyd olunub. Silahlı qüvvələrin giziri Yasən Əhmədovun şəhid olduğu gündən üç il ötür. 

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan hərbçinin doğmaları və silahdaşları onun məzarı başına toplaşaraq Y.Əhmədovun əziz xatirəsini ehtiramla anıb, məzar önunə əklil və gül dəstələri düzüblər. 

Mərasimdə çıxış edənlər Yasən Əhmədovun Birinci və İkinci Qarabağ döyüşlərində göstərdiyi şücaətlərdən geniş söhbət açıb.

Xüsusilə qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası şəhidin ən böyük arzusu olub. Mingəçevir şəhər Şəhidlər Xiyabanında baş tutan tədbirdə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin və Ağdam 128 saylı orta məktəbin bir qrup şagird və müəllim kollektivi də iştirak edib. Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş bədii kompozisiya səsləndirilib. 

Xatırladaq ki, Yasən Yelmar oğlu Əhmədov 1974-cü il 16 sentyabr tarixində Ağdam rayon Kosalar kəndində anadan olub.

1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı atası Yelmar Əhmədovun xidmətdə olduğu Ağdam rayonunun "N" saylı hərbi hissəsinin özünümüdafiə batalyonunda xidmətə başlayıb.

1993-cü ildə Ağdam Həbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 1994-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən "baş çavuş" hərbi rütbəsi alaraq Motoatıcı Bölüyün Komandiri vəzifəsinə təyin olunub.

1993-2002-ci illərdə "N" saylı hərbi hissədə müxtəlif vəzifələrdə xidmət edən Yasən Əhmədov, 2002-ci ildə ehtiyata buraxılıb.

2004-2006-cı illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı CM-də təsərrüfat işləri üzrə rəis müavini vəzifəsində olan Yasən Əhmədov, 2006-cı ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb və təyinata əsasən Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edib.

2017-ci ildən Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib.

Azərbaycan Ordusunun baş giziri olan Yasən Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Yasən Əhmədov oktyabrın 9-da Talış döyüşləri zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 14 gün koma vəziyyətində qaldıqdan sonra oktyabrın 23-də şəhid olub. Ruhu şad olsun! 










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO