Vasif Adıgözəlovun oğlu vəzifəsindən azad edildi

Vasif Adıgözəlovun oğlu vəzifəsindən azad edildi

Hazırda oxunan: Vasif Adıgözəlovun oğlu vəzifəsindən azad edildi

157823
Azərbaycanın mərhum Xalq artistinin oğlu vəzifəsindən azad edilib.

Azərbaycan Bəstəkarlar İttifaqının mərhum sədri, Xalq artisti Vasif Adıgözəlovun oğlu Toğrul Adıgözəlov məşhur klinikadakı baş direktor postunu itirib.

Mərkəzi Klinik Xəstəxananın baş direktoru vəzifəsində çalışan T.Adıgözəlov bir neçə gün əvvəl işdən uzaqlaşdırılıb. Onun yerinə Xüsusi Müalicə Sağlamlıq Kompleksinin direktoru İxtiyar Sultanov təyin olunub.

Bundan başqa T.Adığözəlovun nəzarətində olan “Caspian İnternational Hospital”x9dda da əsaslı dəyişikliklər edilib. Həmin klinikaya isə Ramin Bayramlı təyin olunub.

Xatırladaq ki, T.Adığözəlovun qardaşı Yalçın Adıgözəlov Azərbaycanda tanınmış dirijordur. Toğrul Adıgözəlov əvvəllər 1999-2009-cu illərdə Bakının məşhur klinikalarından olan “Leyla Şıxlinskayanın Klinikası”x9dnın baş həkimi vəzifəsində işləyib. 2005-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanov klinikanı lisenziyadan məhrum etmək istəsə də, Adıgözəlov məhkəmədə klinikanın maraqlarını qoruya bildi və onu bağlanmağa qoymadı.

Ramin Bayramlı isə yeni vəzifəyə Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru vəzifəsindən gətirilib. O, həmin klinikada işləyən zaman xəstələrdən birinin oğlunu təhqir etdiyinə görə prokurorluğa verilmişdi.(Criminal.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO